Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

29.12.2016 [10:00]

Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının 19-cu iclası keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov iclasın gündəliyinə Fondun 2016-cı ildəki fəaliyyətinə dair hesabata rəy verilməsi, 2017-ci ildə elan ediləcək qrant müsabiqələrinin istiqamətlərinin müəyyənləşdirilməsi və digər məsələlərin salınmasının təklif olunduğunu vurğulayıb.
Gündəlik təsdiq edildikdən sonra Fondun icraçı direktoru Fərhad Hacıyev qurumun 2016-cı ildə gördüyü işlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, ötən il gənclər təşkilatları və 16-29 yaşlı fiziki şəxslər üçün iki qrant müsabiqəsi təşkil olunub, ümumilikdə 1008 layihə maliyyələşdirilib. Onların reallaşdırılması üçün Fond tərəfindən 4 milyon 859 min 300 manat məbləğində vəsait ayrılıb. Dəstəklənmiş təşəbbüslər arasında yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, peşə bacarıqlarının inkişaf etdirilməsi, kiçik biznes quruculuğunda və kənd təsərrüfatının inkişafında rolunun artırılması, ətraf mühitin qorunması, sağlam həyat tərzinin təbliği, incəsənət sahələri üzrə müsabiqə və sərgilərin təşkili, istedadlı gənclərin ixtiralarının və innovativ ideyalarının stimullaşdırılması, region gənclərinin ictimai fəallığının artırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, Azərbaycanın gənclər təşkilatlarının beynəlxalq gənclər platformaları ilə əməkdaşlığının inkişafı kimi istiqamətlər üstünlük təşkil edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, hesabat ili ərzində müsabiqə mövzuları sırasına Gəncə şəhərinin “2016-cı il Avropa Gənclər Paytaxtı” seçilməsi ilə bağlı təşəbbüslər də daxil olunub. Fondun elan etdiyi 8-ci və 9-cü qrant müsabiqələri çərçivəsində gənclər təşkilatlarının Gəncədə keçirilməsi planlaşdırılan 33 yerli və 9 beynəlxalq, fiziki şəxslərin isə 59 layihəsinə dəstək verilib. Onların icrası üçün 686 min 100 manat məbləğində vəsait ayrılıb. İl ərzində Fondun fəaliyyətinə maraq artıb, müraciət edənlərin sayı çoxalıb.
Diqqətə çatdırılıb ki, hesabat dövründə layihələrin icra olunduğu şəhər və rayonlarda Fondun aparatı tərəfindən monitorinqlər keçirilib. Aşkar edilən nöqsanlarla bağlı aparılan qeydlər resipiyentlərin yekun hesabatlarının qəbulu zamanı nəzərə alınıb.
Hesabatda 95 gəncin dünyanın 33 ölkəsində keçirilmiş simpozium, konfrans, seminar, müsabiqə, olimpiada, festival və digər tədbirlərdə iştirakına maliyyə dəstəyinin verildiyi diqqətə çatdırılıb. Azərbaycan həqiqətlərinin daha geniş auditoriyada təbliği baxımından həmin səfərlərin əhəmiyyəti vurğulanıb.
Müşahidə Şurasının üzvləri Fondun 2016-cı ildəki fəaliyyətinə dair hesabatla bağlı fikir və təkliflərini səsləndirib, sənədə bütövlükdə müsbət rəyin verilməsini məqsədəuyğun sayıblar. Təkliflər nəzərə alınmaqla hesabatın təkmilləşdirilməsi və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tövsiyə olunub.
Fondun aparat rəhbəri Faiq Qürbətov 2017-ci ildə elan ediləcək qrant müsabiqələrinin istiqamətləri ilə bağlı təkliflər barədə məlumat verib.
Müşahidə Şurasının üzvləri yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, intellektual potensialının və ictimai fəallığının artırılması, sağlam fiziki inkişafının təmin edilməsi kimi istiqamətlərin bundan sonra da prioritet olmasını zəruri sayıblar. Bununla yanaşı, növbəti müsabiqələrin mövzuları sırasına gənc sahibkarların stimullaşdırılması, ənənəvi peşə sahələrinə marağın artırılması, natiqlik bacarıqlarının inkişaf etdirilməsi, IV İslam Həmrəyliyi Oyunları və Formula-1 Azərbaycan Qran-prisi ilə bağlı təşəbbüslərin də əlavə edilməsinin məqsədəuyğun olduğunu vurğulayıblar.
İclasda 2017-ci ilin birinci rübündə Müşahidə Şurasına seçkilərin keçiriləcəyi barədə məlumat verilib. Bildirilib ki, Fondun Nizamnaməsinə əsasən, Müşahidə Şurasının 5 üzvü dövlət orqanlarının, 4-ü isə gənclər təşkilatlarının nümayəndələrindən ibarət olmalıdır. Dövlət orqanlarının nümayəndələri həmin qurumların rəhbərləri tərəfindən, gənclər təşkilatlarının təmsilçiləri isə seçki yolu ilə müəyyənləşdirilir. Səsləndirilən təkliflər əsasında, Müşahidə Şurası üzvlüyünə namizədlərin irəli sürülməsi üçün 2017-ci ilin fevralında gənclər təşkilatlarının toplantısının keçirilməsi barədə qərar qəbul olunub.
Gündəlikdəki məsələlərlə bağlı müzakirələrdə Müşahidə Şurasının üzvləri - gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini Cavid Məmmədov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri Seymur Orucov, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev, Gənclər Təşkilatları Milli Şurasının təmsilçisi Şahin Seyidzadə, Fondun aparatının rəhbəri Faiq Qürbətov və baş mühasibi Elmar Talıblı iştirak ediblər.

Paylaş:
Baxılıb: 612 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31