Gənclər üçün Təhsil Mərkəzi 2016-cı ildəki fəaliyyətinə dair hesabatını təqdim edib
20.01.2017 [09:39]
Dünən Gənclər üçün Təhsil Mərkəzi 2016-cı ildəki fəaliyyətinə dair illik hesabatını təqdim edib. Tədbirdə çıxış edən Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, mərkəz ötən illərdə olduğu kimi 2016-cı ildəki fəaliyyətini əlaqələndirmək məqsədilə Bakı, Gəncə, Mingəçevir, Qarabağ (Ağcabədi), Quba və Şirvan regional ofislərinin imkanlarında istifadə edib. Mərkəz əhatə dairəsini genişləndirmək məqsədilə 2016-cı il Azərbaycanın “Gənclər Paytaxtı” seçilmiş Şəmkir rayonunda da nümayəndəliyini yaradıb.
Qeyd olunub ki, ötən il ərzində təşkilat “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritet istiqamətlərinə uyğun olaraq, ümumi sayı 123 olmaqla 35 iri və 88 kiçik miqyaslı layihə həyata keçirib. Sözügedən layihələrin maliyyələşdirilməsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Unicef Bakı Ofisi, Avropa İttifaqının “Gənclər fəaliyyətdə” Proqramı və digər qurumlarla əməkdaşlıq edib. Layihələr Azərbaycanın 35-dən çox şəhər və rayonunda həyata keçirilib, ümumilikdə 10 min nəfərdən çox insan iştirak edib.
Hesabat dövründə “Multikulturalizm ili” çərçivəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında “Multikultural marafon” adlı kampaniya həyata keçirilib, Azərbaycanda multikultural dəyərlərə əsrlərdən bəri mühüm yer verilməsi, ölkəmizin tolerantlıq ənənələri və mədəni dəyərləri təbliğ olunub.
İcraçı direktor bildirib ki, il ərzində gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə Qanlı Yanvar, Xocalı soyqırımı, eyni zamanda Qarabağ münaqişəsi haqqında real faktların dünya ictimaiyyətinə çatdırılması üçün sosial şəbəkələrdə 5 dildə (ingilis, rus, alman, fransız, türk) virtual aksiyalar təşkil olunub, təbliğat işi aparılıb. Həmçinin gənclər arasında Qarabağla bağlı silsilə intellektual bilik yarışları keçirilib, 31 Mart azərbaycanlılarının soyqırımı günündə yeniyetmə və gənclərin Quba məzarlığına yürüşü təşkil edilib: “Təşkilat Gəncə və Mingəçevir şəhərlərində, habelə Quba və Ağcabədi rayonlarında “Region Gənclərinin İnkişafına Dəstək Forumu”, 4 regionda “Qızıl Payız” Gənclərin Yaradıcılıq Festivalı keçirib, Gəncədə gənc rəssam Elçin Cəfərovun rəsmləri nümayiş olunub. Bakı şəhərinin 7 rayonunda “Məktəblilərin Sağlamlıq Forumu”, Qarabağda uşaqlar üçün “Mobil göz klinikası” layihəsi, Gəncə şəhərində isə “Əlil Tələbələrin I Forumu”, “Sağlam gənclik” kampaniyası da baş tutub. Təşkilat tərəfindən gənc jurnalistlərin praktiki və nəzəri biliklərinin artırılmasını nəzərdə tutan və 23 dərsdən ibarət “MediaMan” jurnalistika məktəbi də ötən il davam etdirilib. Bundan başqa ötən il gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün Mərkəzin Dağçılıq klubu tərəfindən Heydər Əliyev zirvəsinə, Türkiyənin Qızılqaya zirvəsinə gənclərin yürüşü təşkil olunub”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
YAP xəbərləri
29 İyun 14:35
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47

