Şəhidlərin xatirəsi daim müqəddəs tutulacaq
20.01.2017 [09:51]
Yanvarın 19-da Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları universitetin həyətindəki Şəhidlər abidəsinin önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakıda və respublikamızın digər şəhər və rayonlarında törətdiyi qanlı cinayətlərdən bəhs edib. Diqqətə çatdırılıb ki, o müdhiş gecədə günahsız insanlar - qocalar, qadınlar, uşaqlar, gənclər qəddarcasına qanlarına qəltan ediliblər.
Vurğulanıb ki, 20 Yanvar həm də tariximizin şərəfli səhifəsidir. O gün Vətənin qəhrəman övladları şəhidlik zirvəsinə ucalıblar. Onların doğma Vətənə və xalqa sevgisi, məhəbbəti həmişə nəsillərə nümunə olacaq.
Rektor 20 Yanvar hadisələri ilə əlaqədar Ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransında kəskin bəyanatla çıxış etdiyini və cinayətkarların cəzalandırılmasını qətiyyətlə tələb etdiyini vurğulayıb.
Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib.
Akademik Vasim Məmmədəliyev, professor İzzət Rüstəmov və digər çıxış edənlər də tariximizin qanlı, eyni zamanda, şanlı səhifəsi olan 20 Yanvar hadisələrindən danışıblar. Qeyd edilib ki, 20 Yanvar heç zaman unudulmayacaq, xalqımızın azadlığı, ölkəmizin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim müqəddəs tutulacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin əhəmiyyətindən bəhs edən alimlər müasir müstəqil Azərbaycanın parlaq sabahına inamlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

