/ / Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi qərb bölgəsində sakinlərlə görüşlər keçirib
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi qərb bölgəsində sakinlərlə görüşlər keçirib
24.01.2017 [10:06]
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Gəncə-Qazax Regional Mərkəzi yaradılıb. Təşkilatın Qərb bölgəsi üzrə fəaliyyəti Gəncə və Naftalan şəhərlərini, eləcə də Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Goranboy, Daşkəsən, Göygöl və Samux rayonlarını əhatə edəcək, regional mərkəz isə Şəmkir Heydər Əliyev Mərkəzində yerləşəcək.
Qeyd edək ki, İctimai Birliyin indiyə qədər Dağlıq Şirvan, Lənkəran, Quba-Xaçmaz, Aran-1, Aran-2, Şəki-Zaqatala regional mərkəzləri yaradılıb.
Gəncə-Qazax Regional Mərkəzinin Şəmkir şəhərində keçirilən iclasında çıxış edən RİİB-in sədri Məhəmməd Abdullayev bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən 2016-cı ildə yaradılan təşkilatın başlıca məqsədi ictimai nəzarəti gücləndirmək, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak etmək, həyata keçirilən layihələrlə ölkədə aparılan islahatlara, o cümlədən dövlətin regionların inkişafı üzrə gördüyü tədbirlərə dəstək göstərmək, vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşılıqlı dialoqun qurulmasına nail olmaqdır. Qeyd edilib ki, İctimai Birliyə regionlardan daxil olan çoxsaylı müraciətlərin həlli istiqamətində aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq şəraitində konkret nəticələr əldə edilib.
Təqdimat tədbirində çıxış edən rayon sakinləri Heydər Əliyev Fondunun bu günədək regionda həyata keçirdiyi layihələr, inşa olunan təhsil, səhiyyə müəssisələri barədə danışıb və “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyəti çərçivəsində bu layihələrin genişlənəcəyinə inandıqlarını bildiriblər.
Tədbirdə sakinləri maraqlandıran müxtəlif məsələlərin həllinə kömək göstərilməsi ilə bağlı təkliflər verilib.
M.Abdullayev RİİB-in fəaliyyətində könüllülərin rolunun əhəmiyyətindən danışaraq gəncləri İctimai Birliklə əməkdaşlığa, yaşadığı rayon və ya kənd üçün vacib olan məsələlərin həllində yaxından iştirak etməyə dəvət edib.
Sakinlər və könüllülər İctimai Birliyə 150 “qaynar xətt”i, elektron poçt (info@riib.az), sosial şəbəkə hesabları (www.riib.az, www.facebook.com/regionalinkishaf, instagram.com/regionalinkishaf, twitter.com/az_riib) vasitəsilə, 0125050150 telefon və 0505000150 WhatsApp nömrələri ilə əlaqə saxlayaraq təklif və müraciətlərini, foto və videomateriallar göndərə, eləcə də gənclər təşkilata könüllü kimi qoşula (www.riib.az/site/bizeqoshul) bilərlər.
RİİB nümayəndələri, həmçinin Şəmkirin Zəyəm qəsəbəsi, Sabirkənd və Düyərli kəndlərində, Tovuzun Qovlar şəhəri, Düz Cırdaxan və Cəlilli kəndlərində, Ağstafanın Aşağı Göyçəli və Dağ Kəsəmən kəndlərində, Qazaxın Aşağı Salahlı və Yuxarı Salahlı kəndlərində sakinlərlə görüşlər keçirib, onların problemləri ilə maraqlanaraq təkliflərini dinləyiblər.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

