/ / Prezidentin Fərmanı məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addımdır
Prezidentin Fərmanı məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addımdır
28.01.2017 [10:41]
Prezident İlham Əliyevin Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi füzulili məcburi köçkünlər tərəfindən razılıqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev məcburi köçkünlər üçün salınan Qayıdış və Zobucuq qəsəbələrində vətəndaşlarla görüşüb. Görüşdə məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi dövlətimizin başçısının məcburi köçkünlərə olan növbəti diqqət və qayğısı kimi qiymətləndirilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məcburi köçkünlər isə dövlətimizin başçısının xüsusi diqqət və qayğısı ilə əhatə olunublar.
Füzulili məcburi köçkünlər Azərbaycan Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 2017-ci il 23 yanvar tarixli Fərmanını onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən növbəti addım kimi dəyərləndiriblər. Bildiriblər ki, yemək xərci müavinəti və kommunal ödənişlərə görə tətbiq olunan güzəştlərin birləşdirilərək vahid aylıq müavinət formasında hər bir məcburi köçkünün birbaşa özünə verilməsi ədalətli addımdır. Belə ki, artıq bundan sonra məcburi köçkünlər onlara aylıq müavinət formasında veriləcək vəsaiti özləri istədikləri formada istifadə edəcəklər.
Məcburi köçkünlərə elektrik enerjisi, qaz və sudan istifadədə israfçılığa yol verməməyi tövsiyə edən Alı Alıyev onları dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilən vəsaitdən səmərəli istifadə etməyə çağırıb.
Füzulili məcburi köçkünlər diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

