İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyinə, mənəvi həmrəyliyinə böyük ehtiyac var
01.02.2017 [10:34]
İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyac var. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla, ölkəmizin İslam birliyinə həssas münasibətinin göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər yanvarın 31-də Abşeron Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfransda səsləndirilib.
Rayon rəhbərliyinin, hüquq-mühafizə orqanları əməkdaşlarının, dini icma rəhbərlərinin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.
Tədbiri Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova açaraq dövlət-din münasibətlərindən, ölkəmizdə milli-mənəvi və İslami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edib. Bildirib ki, Azərbaycanda bir neçə ay sonra keçiriləcək IV İslam Həmrəyliyi Oyunları İslamdakı həmrəyliyi təcəssüm etdirəcək. Digər tərəfdən, ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunması həm İslam aləmi daxilində, həm də dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə vermək deməkdir. Dövlət tərəfindən Azərbaycanda çoxlu məscidlərin tikildiyini, bir qisminin isə əsaslı təmir edildiyini vurğulayan İ.Gülməmmədova Abşeron rayonunda dini sabitliyin hökm sürdüyünü bildirib.
Konfransda çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı qeyd edib ki, Komitə tərəfindən bölgələrdə davamlı olaraq keçirilən belə tədbirlərin əsas məqsədi dini maarifləndirmə yolu ilə milli-mənəvi və İslami dəyərlərin qorunması istiqamətində aparılan işlərə töhfə verməkdir.
Mübariz Qurbanlı Azərbaycan ərazisində müxtəlif dinlərin, dillərin, mədəniyyətlərin nümayəndələrinin rahat şəkildə yaşadığını və heç zaman dini-etnik zəmində münaqişə baş vermədiyini vurğulayıb. Bütün bu faktlar bir daha sübut edir ki, xalqımız dünyanın ehtiyac duyduğu və əldə etməkdə çətinlik çəkdiyi birgəyaşayışı, həmrəy olmağı dədə-babalarımızdan miras kimi qəbul edərək günümüzədək qoruyub saxlayıb.
Komitə sədri bu gün müzakirəyə çıxarılan mövzunun nəinki regionda, eləcə də dünyada gedən proseslərə adekvat münasibət sərgilədiyini bildirib. “Əlbəttə ki, bu gün bütün xalqlar, dövlətlər arasında həmrəyliyə ehtiyac var. Dünyanın ziddiyyətlər içində boğulduğu və fəlakətlərin baş verdiyi şəraitdə həmrəylik təşəbbüsünün göstərilməsi aktual məsələ kimi ortaya çıxır. Belə bir şəraitdə dini maarifləndirmə tədbirlərinə daha diqqətlə yanaşılmalıdır”, - deyə M.Qurbanlı vurğulayıb.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt bölgəsi üzrə qazısı Hacı Rauf Sərdarov çıxış edərək, ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran amillərdən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin apardığı doğru və məqsədyönlü siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə, xalqımızın həyat tərzinə çevrilib.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

