Ədliyyə orqanlarında gənclər geniş təmsil olunur
03.02.2017 [09:54]
Ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə bəxş etdiyi 2 fevral - Gənclər Günü artıq 20 ildir ki, ölkəmizdə geniş qeyd olunur. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti yeni nəslin hərtərəfli inkişafına, onların ölkə həyatının bütün sahələrində fəal iştirakına əlverişli imkanlar yaradır.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ədliyyə orqanlarında geniş təmsil olunan gənclərə xüsusi qayğı ilə yanaşılır, onların işlə təminatı daim diqqətdə saxlanılaraq müasir İKT-lər tətbiq olunmaqla və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəffaf seçimlər əsasında qulluğa qəbul olunurlar. Hazırda ədliyyə sistemində çalışan işçilərin təxminən yarısını gənclər təşkil edir və onlar ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər.
Əlamətdar gün münasibətilə ədliyyə orqanlarında silsilə tədbirlər keçirilib, o cümlədən bu ərəfədə sınaq müddətini bitirən qırxadək gənc daimi qulluğa qəbul olunub, onlara ilk xüsusi rütbələr verilib, gənc ədliyyə işçiləri tərəfindən mətbuatda çıxışlar edilib, nazirlikdə Gənclər Gününə həsr olunmuş fotoslaydlar nümayiş etdirilib.
Nazirliyin rəhbərliyinin gənc ədliyyə işçiləri və bu ərəfədə fəaliyyətə cəlb olunmuş bir qrup könüllülərlə keçirilmiş görüşlərində ölkəmizdə dövlət gənclər siyasəti ilə bağlı mükəmməl qanunvericilik bazasının yaradıldığı, dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq, intellektual və peşəkar bacarıqlara yiyələnən Azərbaycan gəncliyinin formalaşdığı qeyd olunub. Tədbirlərdə Ulu öndərin gənclərə qayğısından, dövlətimizin başçısı tərəfindən müasir tələblərə cavab verən gənc nəslin yetişməsi istiqamətində həyata keçirilən işlərdən, o cümlədən könüllülük institutunun cəmiyyətimiz üçün səmərəsindən bəhs olunub.
Azərbaycan Prezidentinin regionların sosial-iqtisadi inkişafına dair konfransda proqram xarakterli nitqində məmur-vətəndaş münasibətləri, neqativ hallara qəti son qoyulması, hər bir məmurun əsas vəzifəsinin xalqa xidmət göstərməsi, etik davranış qaydalarına dönmədən riayət etmələri, təvazökar olmaları ilə bağlı tələbləri diqqətə çatdırılaraq vətəndaşlara hər zaman qayğılı münasibət göstərilməsi və məmnunluğun yüksəldilməsi vurğulanıb. Həmçinin gənclərə vətənpərvər və milli ruhda fəaliyyət göstərmələri, bilik və bacarıqlarını ölkəmizin inkişafı naminə səfərbər etmələri, ictimai maraq doğuran məsələlərdə hər zaman dövlətçilik mövqeyindən çıxış etmələri, vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyələr verilib.
Gənc ədliyyə işçiləri və könüllülər ölkə rəhbərliyi tərəfindən Azərbaycan gəncliyinin inkişafı üçün hər cür şəraitin yaradıldığını dərin minnətdarlıq hissi ilə vurğulayaraq, ölkəmizin tərəqqisinin və əmin-amanlığının təmin olunması və hüquqi dövlətin inkişafı naminə dövlətimizin başçısına layiqli yardımçı olacaqlarını, gələcək fəaliyyətlərində üzərilərinə düşən vəzifələri vicdanla və məsuliyyətlə icra etmək üçün qüvvə və bacarıqlarını əsirgəməyəcəklərini söyləyiblər.
Könüllülər nazirlikdə Heydər Əliyev və ədliyyə tarixi muzeyləri ilə tanış olublar.
Gənclər Günü Ədliyyə Nazirliyinin struktur qurumlarında da geniş qeyd edilib.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

