“Muradına çatmayanlar; apreldən əvvəl və sonra” sənədli filminin təqdimat mərasimi keçirilib
05.04.2017 [09:57]
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə çəkilən “Muradına çatmayanlar; apreldən əvvəl və sonra” sənədli filminin təqdimat mərasimi keçirilib. Qeyd edək ki, yazıçı-publisist Bəxtiyar Qaracanın “Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən bir hissə olaraq çəkilən filmin baş məsləhətçisi Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur.
Tədbirdə millət vəkilləri, ictimaiyyət nümayəndələri, eləcə də Milli Qəhrəman Murad Mirzəyevin ailəsi və döyüş yoldaşları iştirak ediblər. Çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov filmin Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Murad Mirzəyevin həyat yolu və qəhrəmanlığına həsr olunduğunu bildirib. Ötən ilin aprel döyüşləri ilə bağlı fikirlərini bölüşən millət vəkili M.Mirzəyevin qəhrəmanlığının vətənpərvərlik nümunəsi olduğunu söyləyib.
Daha sonra film tədbir iştirakçılarına nümayiş olunub.
Tədbirdə çıxış edən ATXƏM sədri İlham İsmayılov M.Mirzəyevin döyüş yolu və aprel döyüşlərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Murad Mirzəyev və digər qəhrəmanların keçdiyi yol gənc nəsil arasında geniş təbliğ olunmalıdır. Onun sözlərinə görə, bu qəhrəmanlar haqqında informasiyalar orta məktəb dərsliklərində əks olunmalı və şagirdlərə tədris edilməlidir.
Çıxış edən Milli Məclisin deputatı Musa Qasımlı Murad Mirzəyevin xalqımızın qəhrəman övladı olduğunu deyib. Millət vəkili belə oğulların həyatını, Vətən sevgisini gənc nəsil üçün örnək adlandırıb.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ermənilərin xalqımıza, torpaqlarımıza qarşı 200 ildir apardığı mənfur işğalçı siyasətin bitmədiyini, davam etdiyini söyləyib. Ötən ilin aprelində baş verən erməni təxribatlarının qarşısının ordumuz tərəfindən igidliklə alındığını söyləyən millət vəkili ölkə Prezidenti İlham Əliyevin apardığı ordu quruculuğu siyasətinin öz bəhrəsini verdiyini deyib. Bildirilib ki, məhz dövlətimizin başçısının apardığı uğurlu siyasi kurs Azərbaycan xalqının qələbə ruhunu günü-gündən daha da gücləndirir.
Çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə aprel hadisələrinin xalqımızda qürur hissi yaratdığını deyib. Onun sözlərinə görə, Azərbaycan oğulları bir daha sübut etdilər ki, torpaqlarımızın azadlığı uğrunda son damla qanına qədər vuruşmağa hazırdırlar.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş sektorunun müdiri Qafar Əliyev bildirib ki, aprel döyüşləri Azərbaycanda milli ruhun çox yüksək səviyyədə olduğunu göstərdi. Onun sözlərinə görə, Azərbaycan işğal altındakı torpaqlarını gec-tez azad edəcək: “Azərbaycan ordusunun əldə etdiyi uğurlar hamımıza ruh yüksəkliyi verir. Mən hesab edirəm ki, belə filmlər çox çəkilməlidir”.
Daha sonra tədbirdə çıxış edən millət vəkilləri Elman Nəsirov, Qənirə Paşayeva, eləcə də “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, CASCFEN-nin sədri Azər Həsrət, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və başqaları da qəhrəmanlarımızın döyüş yolu ilə bağlı filmlərin çəkilişinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əsaslı rol oynadığını deyiblər.
Milli Qəhrəmanın ailəsi adından çıxış edən atası Telman Mirzəyev və həyat yoldaşı Fizzə Mirzəyeva filmin ərsəyə gəlməsində rolu olan şəxslərə öz təşəkkürlərini bildiriblər.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxSosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29

