Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mədət Quliyev: Belə tədbirlər yalnız idman yarışı deyil, həm də böyük həmrəylik bayramıdır

Mədət Quliyev: Belə tədbirlər yalnız idman yarışı deyil, həm də böyük həmrəylik bayramıdır

19.09.2017 [10:09]

Bu gün Prezident İlham Əliyev tərəfindən Azərbaycanda uğurlu siyasət həyata keçirilir. Bunun nəticəsidir ki, ölkəmiz son illərdə yüksək tərəqqiyə nail olub. Görülən işlər Azərbaycanı dünyada tanıdıb. Dövlət başçısı tərəfindən aparılan bu siyasət xalqımızı həmrəyliyə, insanları isə sağlam həyata çağırır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib.
Mədət Quliyev əlavə edib ki, belə möhtəşəm tədbirlərdən biri də “Gəncə Marafonu-2017”dir: “İlk dəfə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən Bakı marafonu birinci gündən insanlar tərəfindən sevilib və böyük coşqu ilə qarşılanıb. Belə tədbirlər yalnız idman yarışı deyil, həm də böyük həmrəylik bayramıdır. Bakı şəhərindən sonra marafonun Gəncədə də böyük coşqu ilə keçirilməsi sübut edir ki, xalqımız həmişə olduğu kimi Prezident İlham Əliyevi dəstəkləyir və Onunla həmrəy olduğunu bildirir”.

Paylaş:
Baxılıb: 499 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31