Bakıda “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib
20.04.2018 [10:37]
Aprelin 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Bakıda “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda DQİDK-nın rəhbərliyi, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərləri, din xadimləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən Mübariz Qurbanlı çıxış edərək bildirib ki, konfransın keçirilməsində məqsəd Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti haqqında ictimaiyyətə məlumat vermək, eyni zamanda, mənəvi dəyərlərimizin təbliği ilə bağlı müzakirələr aparmaqdır. Xalqımız özünəməxsus milli mənəvi dəyərlərə sahibdir, bu dəyərlərin qorunub saxlanılması vacib məsələlərdən biridir. Milli mənəvi dəyərlərin özündə böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdirdiyini diqqətə çatdıran Mübariz Qurbanlı buraya azərbaycançılıq ideologiyası, dilimiz, dinimiz, vətənimiz, müstəqilliyimiz və bu kimi amillərin aid olduğunu deyib.
Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli mənəvi dəyərlərə qayıdışının sürətləndiyini deyən Mübariz Qurbanlı ölkəmizdə dinlər və etnik qruplar arasındakı münasibətlərin Ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasına uyğun olaraq daha da möhkəmləndiyini, bu sahənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd edib. O, ən böyük dəyərlərimizdən biri olan azərbaycançılıq ideologiyasının Ulu öndər Heydər Əliyev tərəfindən dövlətçilik siyasətinə daxil edildiyini deyib. Vurğulayıb ki, Ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev milli mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm addımlar atır. Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması da bu sahəyə verilən dəyərin göstəricisidir. Fondun qarşısında böyük vəzifələrin qoyulduğunu deyən Mübariz Qurbanlı bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi, kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyətləri, habelə müvafiq dövlət qurumları ilə əməkdaşlığın önəminə diqqət çəkib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fondun fəaliyyət istiqamətləri və hədəfləri barədə məlumatları əks etdirən geniş təqdimatla çıxış edib. O, Fondun mənəvi dəyərlərin qorunması və inkişafı, bu sahədə sosial layihələrin reallaşdırılması, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyinin verilməsi istiqamətində fəaliyyət göstərəcəyini bildirib. İcraçı direktor cəmiyyətdə mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinin və gələcək nəsillərə çatdırılmasının, milli birlik və həmrəyliyimizin möhkəmləndirilməsinin, mənəvi dəyərlərimizin təbliği vasitəsilə Azərbaycan mədəniyyətinin inkişafına töhfələr verilməsinin, eləcə də cəmiyyətdə tarixən xalqımıza xas olan xeyriyyəçilik ənənələrinin dirçəldilməsinin Fondun əsas hədəfləri sırasında yer aldığını diqqətə çatdırıb.
Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov bildirib ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması dini sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Bu gün bir çox müsəlman ölkələrində olan problemlərin kökündə xarici təsirlər dayanır. Hər hansı bir milləti, dövləti məhv etmək üçün milli, dini dəyərlər istifadə olunub və bu istiqamətdə ölkədə problemlərin yaradılmasına cəhdlər edilib. Zaman-zaman Azərbaycanda da kənardan müəyyən təsirlər hiss olunub, dini vəziyyətin gərginləşdirilməsi ilə bağlı müəyyən qüvvələrin fəaliyyət göstərdiyi müşahidə edilib, ancaq Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində buna nail ola bilməyiblər.
2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması, Mənəvi Dəyərlərin Təbliği Fondu və İlahiyyat İnstitutunun yaradılması, Cocuq Mərcanlıda Şuşa məscidinin oxşarının inşa olunması, bu günlərdə Hacı Cavad məscidinin yeni binasının istifadəyə verilməsi dövlətimizin başçısının milli mənəvi dəyərlərimizə göstərdiyi xüsusi diqqətin təzahürüdür.
Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov bildirib ki, Prezident İlham Əliyevin ölkədə sabitliyin qorunub saxlanılması istiqamətində apardığı siyasətin nəticəsidir ki, xalq növbəti dəfə Ona etimad göstərdi. Dövlətimizin başçısı milli mənəvi dəyərlərimizin qorunmasına xüsusi diqqət və qayğı göstərir. Prezident seçkilərindən dərhal sonra Onun Hacı Cavad məscidinin açılışında iştirakı, dindarlarla görüşü və bütün Qafqazın Müftisi Hacı Salman Musayevi yüksək dövlət mükafatı ilə təltif etməsi ölkəmizdə İslam dəyərlərinə böyük önəm verilməsini bir daha təsdiq edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Aynur Sofiyeva qeyd edib ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun qarşısında mühüm məqsədlər və hədəflər dayanır. O, bu istiqamətdə fəaliyyətin uğurlu olması üçün Himayəçilər Şurasının da üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayıb.
Daha sonra çıxış edən Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayev, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Teymur Kərimli, “Səs” Media Qrupunun rəhbəri, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Bəhruz Quliyev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndəsi Xatirə Hüseynova milli mənəvi irsimizin gələcək nəsillərə çatdırılmasının, bu dəyərlərə bağlılığın qorunub saxlanılmasının, tolerantlıq mühitinin təbliğinin önəmindən danışıblar.
Xəbər lenti
Hamısına baxGündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24

