/ / Qusarda keçirilən beynəlxalq konfransın iştirakçıları adından dünya elmi ictimaiyyətinə müraciət qəbul olunub
Qusarda keçirilən beynəlxalq konfransın iştirakçıları adından dünya elmi ictimaiyyətinə müraciət qəbul olunub
28.04.2018 [10:12]
Qusar şəhərində keçirilən “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfransın iştirakçıları adından dünya elmi ictimaiyyətinə müraciət qəbul olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanla yanaşı, Türkiyə, Rusiya Federasiyası və onun müxtəlif subyektlərindən, Polşa, Albaniya, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan və İraqdan görkəmli tarixçilərin qatıldığı konfransa aprelin 27-si Qusar Mədəniyyət Mərkəzində keçirilən bağlanış mərasimində müraciətin oxunması ilə yekun vurulub.
Müraciətdə deyilir: “...XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” V Beynəlxalq elmi konfrans bütün xalqların birgə dinc yaşayışı üçün Azərbaycan cəmiyyətinin iradəsini nümayış etdirərək sülh və dostluğa çağırır.
Biz, konfrans iştirakçıları, beynəlxalq ictimaiyyətin diqqətini erməni işğalçılarının cinayətlərini sübut edən faktlara yönəldərək Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasına dəstək olmağa çağırırıq! Dünya birliyi erməni millətçiləri tərəfindən soyqırımına məruz qalmış Azərbaycan və digər xalqlara qarşı tarixi ədalətin bərpası naminə, tarixin qanlı səhifələrinin təkrarlanmaması üçün qəti addımlar atmalıdır. Bu, regionda və dünyada sabitlik və təhlükəsizlik naminə bütün dünya birliyinin marağındadır!
Əminik ki, 1918-ci ildə dəhşətli soyqırımı faciəsini yaşamış Azərbaycan şəhəri Qusarda keçirilən V Beynəlxalq elmi konfrans ölkələrimizin tarixi keçmişinin dünya tarixçiləri tərəfindən birgə tədqiq olunmasında, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayacaq.
Bununla bağlı olaraq, V Beynəlxalq elmi konfrans hesab edir ki, türk-müsəlman xalqlarına qarşı soyqırımları problemini daha dərindən araşdırmaq üçün türk-müsəlman xalqlarının tarixçilərinin, habelə bu sahədə tanınmış dünya alimlərinin araşdırmalarının əlaqələndirilməsi zəruridir. Konfransımız bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun nəzdində beynəlxalq əlaqələndirmə mərkəzinin yaradılması haqqında qərar qəbul edib...
Biz, V Beynəlxalq elmi konfransın iştirakçıları, ümid edirik ki, çağırışlarımız dünya birliyinin və elmi ictimaiyyətin diqqətindən kənarda qalmayacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq təşkil edilən beynəlxalq konfrans Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Konfrans 3 bölmə üzrə aparılıb. Birinci bölmədə “1905-1906-cı illərdə Azərbaycan xalqına qarşı kütləvi qırğınlar”, “1917-1920-ci illərdə Azərbaycan xalqına qarşı soyqırımları”, “1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından - Ermənistan SSR-in ərazisindən deportasiyası”, “1988-1991-ci illərdə azərbaycanlıların öz tarixi torpaqlarından - Ermənistan Respublikasının ərazisindən deportasiyasının başa çatdırılması”, “1991-1994-cü illərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, azərbaycanlılara qarşı soyqırımları və etnik təmizləmələr” istiqamətlərində məruzələr dinlənilib.
Növbəti iki bölmədə isə məruzələr “1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları”, “XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar mövzularında olub.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15

