Mir Cəlal - 110: Kiçik hekayənin böyük ustası
28.04.2018 [10:16]
Kiçik hekayənin böyük ustası. Aprelin 27-də ADA Universitetində görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin anadan olmasının 110-cu ildönümü ilə bağlı keçirilən tədbir belə adlanırdı. Tələbələr tədbirdə böyük ədibin Azərbaycan və ingilis dillərində səhnələşdirdikləri hekayələrini təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Mir Cəlal Paşayevin həyat yoluna və zəngin yaradıcılığına nəzər salıblar. Bildirilib ki, Azərbaycan ədəbiyyatında Mir Cəlalın bədii və elmi irsinin xüsusi yeri var. İstedadlı yazıçı ədəbiyyat xəzinəmizi dəyərli nəsr nümunələri ilə daha da zənginləşdirib. Onun həm hekayələri, həm də “Bir gəncin manifesti” povesti, “Dirilən adam” romanı və digər əsərləri hər zaman sevilə-sevilə oxunur.
ADA Universitetinin və Milli Aviasiya Akademiyasının tələbələri ədibin hekayələrini böyük ustalıqla səhnələşdiriblər. Mir Cəlalın “İclas qurusu”, “Salamın neçə növü var” və “Xarici naxoşluq” hekayələrinin səhnə təcəssümü alqışlarla qarşılanıb.
Tədbirdə yazıçının “Kəmtərovlar ailəsi” hekayəsinin motivləri əsasında lentə alınan “İki yad adam” qısametrajlı filmi də nümayiş etdirilib. Bu film Çin Xalq Respublikasında keçirilən beynəlxalq kinofestivalda “Qrand Asiya” mükafatına layiq görülüb. Bu barədə filmi hazırlayan “Addım” Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadə məlumat verib və mükafat “Ədibin evi”ndə saxlanılması üçün ADA Universitetinin rektoru Hafiz Paşayevə təqdim edilib.
Səhnəyə dəvət edilən yaradıcı heyət “İki yad adam” filminin Qazaxıstanda və Gürcüstanda da böyük sevgi ilə qarşılandığını bildiriblər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva deyib ki, zaman dəyişsə də, Mir Cəlal yaradıcılığındakı dəyərlər dəyişmir, bu gün də öz aktuallığını saxlayır.
“Ədəbiyyat tarixin özündən daha tarixidir, çünki orada həyat var”, - deyən ədəbiyyatşünas alim Nizami Cəfərov bildirib ki, ədəbi mühitdə Mir Cəlal Paşayevin əsərləri sosial həyatın içərisindən gəldiyinə görə bu gün də yaşayır. Ədibin 292 hekayəsi qeydə alınıb və onlar indi də maraqla oxunur. Çünki “Ədəbiyyat ədəb sözündən götürülüb” deyən Mir Cəlalın istər ədəbi dilində, istərsə də əsərlərinin süjet xəttində biz bu dəyəri görürük.
Yazıçının oğlu, ADA Universitetinin rektoru Hafiz Paşayev hələ sovetlər dönəmindən Mir Cəlalın hekayələrinin səhnələşdirildiyini, tədris üçün hər zaman yararlı olduğunu deyib. Qeyd edib ki, tarixi ədəbiyyat vasitəsilə öyrənəndə yaddaşlarda daha yaxşı qalır. Həm də gənclər kiçik hekayələr oxumaqla daha böyük əsərləri oxumaq vərdişi qazanırlar.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

