/ / Dövlət Miqrasiya Xidməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Dövlət Miqrasiya Xidməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
05.05.2018 [16:00]
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis ilə görüşüb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, əməkdaşlığın perspektivlərinin müzakirə edildiyi görüşdə Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu və münasibətlərimizin bu gün də uğurla davam etdirildiyi vurğulanıb.
Söhbət zamanı 2008-ci ilin fevralından DMX-də qaçqın statusunun müəyyənləşdirilməsi üzrə müvafiq struktur bölmənin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Bildirilib ki, “qaçqın” statusu almaq niyyətində olan şəxslərin müraciətləri Xidmətdə araşdırılması üçün qeydiyyata alınır və müvafiq prosedurlardan sonra onların hər birinə “qaçqın” statusunun verilib-verilməməsi barədə məlumat verilir. Status verilməsindən imtina edilmiş şəxslərə bunun səbəbləri izah edilməklə, inzibati və ya məhkəmə qaydasında şikayət etmək hüququ göstərilməklə yazılı qərarlar təqdim olunur.
Vüsal Hüseynov bildirib ki, DMX-də əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sığınacaq almaq üçün müraciət etməyə yaradılmış lazımi şəraitin daha da təkmilləşdirilməsi üçün müvafiq işlər görülür. DMX tərəfindən biometrik “Qaçqın vəsiqəsi” və “Yol sənədi”nin yeni nümunələri hazırlanıb.
Azərbaycanın iki regionunda (Bakıda və Yevlaxda) Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması mərkəzləri fəaliyyət göstərir ki, “qaçqın” statusu almaq niyyətində olan şəxslərin yaşamaq üçün yerləri olmadığı təqdirdə müraciətlərinin araşdırılması mərhələsində onlar könüllü şəkildə həmin mərkəzlərdə yerləşdirilirlər.
Xidmət rəisi bildirib ki, 2007-2017-ci illərdə müxtəlif ölkələrdən 1125 ərizəçi (ailə üzvləri ilə birlikdə 2210 nəfər) qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət edib. Hazırda 46 ərizəçi (ailə üzvləri ilə birlikdə 75 nəfər) qaçqın kimi Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır.
Vüsal Hüseynov “10 ilə vətəndaşsızlığa son” kampaniyası çərçivəsində görülmüş işlərin miqyasının daha da genişləndirilməsi və vətəndaşsızlıq hallarının aradan qaldırılması üçün əsaslı tədbirlərin davam etdiriləcəyini vurğulayıb. Bu günlərdə sənədsiz yaşayan və vətəndaşlığı naməlum şəxslərin sənədləşdirilməsi işinin təşkili üçün DMX tərəfindən Şirvanda “Vətəndaşlıq məsələsi əsas insan hüquqlarından biridir” mövzusunda keçirilmiş görüşdə Furio de Angelisin iştirakı qeyd edilib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis səmimi görüşə və Xidmət rəisi kimi fəaliyyətinin başlanğıcında bu həssas mövzuya ayırdığı diqqətə görə minnətdarlığını bildirib və xoş arzularını ifadə edib. Əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiklərini deyən qonaq diqqətə çatdırıb ki, BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi Dövlət Miqrasiya Xidməti ilə birlikdə sığınacaq axtaran şəxslər üçün altı dildə “Azərbaycanda sığınacaq” adlı məlumat kitabçaları hazırlayıb. Qeyd edilib ki, DMX-nin aidiyyəti idarəsinin əməkdaşları “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE)” layihəsi çərçivəsində “Sığınacaq sisteminin keyfiyyətinin artırılması” istiqamətində keçirilən tədbirlərdə fəal iştirak edir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

