Dünənim, bu günümsən, səninlədir gələcək...
09.05.2018 [17:15]
Tarixdə elə şəxsiyyətlər var ki, illər ötdükcə, zaman keçdikcə o, özünün bütün böyüklük və əzəməti ilə sanki yenidən doğulur, yenidən dünyaya gəlib müasirimizə çevrilir və onun göstərdiyi yol, verdiyi məsləhətlər sanki bir kompas kimi bizə istiqamət verir, çıraq kimi qaranlıqlara işıq tutur. Əməlləri ilə xalqımızın tarixinə öz adını əbədi olaraq həkk etmiş dünya şöhrətli siyasətçi, müdrik və uzaqgörən dövlət rəhbəri Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Ən çətin, taleyüklü və həlledici məqamlarda Onun ağır məsuliyyət yükünü üzərinə götürərək xilaskar rolunu oynamağı millətin nicatı və xoşbəxtliyi, eyni zamanda belə bir dühaya sahib olmağı xalqın sərvətidir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Gəray Gəraybəyli xalqımızın Ümummilli lideri Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə onu geridə qalmış aqrar ölkədən qabaqcıl texnologiya, sənaye və mədəniyyət ölkəsinə çevirməsi, ötən əsrin 90-cı illərində ikinci qayıdışında isə müstəqilliyin möhkəmləndirilməsi, əbədi və dönməz xarakter alması yolunda çəkdiyi zəhmət, göstərdiyi çox böyük xidmətlərdən bəhs edib. O, qeyd edib ki, məhz Onun diqqət və qayğısı sayəsində ölkəmizdə yüzlərlə xəstəxana, klinika, müalicə müəssisəsi yaradılıb, yeni tibbi texnologiyalar səhiyyə ocaqlarının istifadəsinə verilib.
“Heydər Əliyev xalqımızın dünəninin, bu gününün qurucusu, gələcəyinin qarantıdır. O, özünün xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanı 90-cı illərin ağır siyasi və hakimiyyət böhranından xilas etdi, yeni neft müqavilələri imzaladı, Onun təşəbbüsü ilə paytaxtımızda çoxlu iqtisadi və mədəni tədbirlər keçirildi. Ulu öndərin apardığı müdrik və gələcəyə hesablanmış siyasətlə dünyanın bütün diqqətinin ölkəmizə yönəlməsinə nail oldu”, - deyə çıxış edən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bu böyük şəxsiyyətin xalqımız, millətimiz qarşısındakı əvəzsiz xidmətlərini yada salıb. O, Ulu öndərlə bir dövrdə yaşadığı üçün özünün iftixar hissi keçirdiyini, bugünkü orta nəslin isə belə müdrik şəxsin müasiri olduğu üçün fəxr etməyə haqqı olduğunu söyləyib.
Universitetin I daxili xəstəliklər kafedrasının dosenti Nağdəli Zamanov dahi rəhbərin tibb ictimaiyyəti, həkimlərlə keçirdiyi görüşlər barədə danışıb və həmin tədbirlərdə xalqımızın böyük oğlunun verdiyi məsləhət və tövsiyələri xatırladıb.
Tibb Universitetinin tələbəsi Pəri Məhərrəmova Ulu öndərin təhsilə, gənc kadrların, xüsusilə tibb mütəxəssislərinin hazırlığına böyük əhəmiyyət verdiyi, yetişməkdə olan nəslin varislik, ata-babaların ən yaxşı adət-ənənələri ruhunda tərbiyə olunmasına göstərdiyi diqqət və qayğı barədə danışıb.
Tədbirdə Ümummilli lider haqqında çəkilmiş film nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25

