Cocuq Mərcanlı sakinlərinin doğma yurdlarına növbəti köçü başlayıb
01.06.2018 [08:51]
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin sakinlərinin doğma yurdlarına növbəti köçü başlayıb. Cocuq Mərcanlı sakinləri Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, növbəti mərhələdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən inşa edilən 100 evə köçürülür.
Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov AZƏRTAC-a müsahibəsində bildirib ki, bu mərhələdə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb. Qəsəbədaxili yollara asfalt örtük salınıb, elektrik, su və qaz xətləri çəkilib. Bütün infrastruktura malik qəsəbədə sakinlərin yaşayışı üçün hər cür şərait yaradılıb.
T.Nəsirov qeyd edib ki, Cocuq Mərcanlıya qayıdan sakinlərin məşğulluğunun təmin edilməsi üçün dövlət tərəfindən lazımi tədbirlər görülür. Azərbaycan Prezidentinin müvafiq sərəncamları əsasında Cocuq Mərcanlı kəndində əkinlərin suvarma suyu ilə təmin olunması üçün nasos stansiyası, suvarma kanalı inşa edilib. Birinci mərhələdə kənddə məskunlaşan ailələr 40 hektar sahədə qarğıdalı, 10 hektarda şəkər çuğunduru, həmçinin bostan-tərəvəz bitkiləri əkiblər. Əhalinin məşğulluğunun təmin edilməsi üçün Azərbaycan hökuməti ilə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin birgə layihəsi çərçivəsində Cocuq Mərcanlıda heyvandarlıq kompleksi, tərəvəz yetişdirmək üçün 15 ədəd istixana, həmçinin suvenir hazırlayan müəssisənin yaradılması da nəzərdə tutulur.
İyirmi beş ildir Bakıda məskunlaşan Almaz Hüseynova doğma yurda qayıtmağının sevincini AZƏRTAC-la bölüşüb: “1993-cü ildən Biləcəri qəsəbəsində, şəraitsiz bir binada yaşayırdıq. İndi isə uzun həsrətdən sonra doğma kəndimizə qayıdırıq. Artıq öz kəndimizdə hər cür şəraiti olan ikiotaqlı evimiz var. Çox sevinirik. Bu sevinci bizə bəxş edən, bizi doğma kəndimizə qovuşduran Prezidentimizə minnətdarlığımı bildirir, digər məcburi köçkünlərin də tezliklə öz ata-baba yurdlarına qayıtmasını arzulayıram”.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evi, 100 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Qəsəbədəki evlərə Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülüb.
Cocuq Mərcanlı kəndi 1993-cü ildə düşmən tərəfindən işğal edilsə də, bir il sonra, yanvarın 6-da Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurlu Horadiz əməliyyatı zamanı azad olunub. Lakin Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində olduğundan burada yaşamaq qeyri-mümkün idi. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması mövcud təhlükəni də aradan qaldırdı.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41

