Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan Beynəlxalq festivalda təmsil olunub

Azərbaycan Beynəlxalq festivalda təmsil olunub

05.06.2018 [09:57]

Belarusun Qrodno şəhərində 12-ci “Milli Mədəniyyətlər” festivalı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, festivala 36 ölkənin diaspor təşkilatları qatılıblar. Belarusdakı “Azərbaycan İcmaları Konqresi” beynəlxalq ictimai birliyi Azərbaycanın milli musiqilərini, xalq geyimlərini, milli mətbəximizin ləziz təamlarını festival iştirakçılarına təqdim edib.
Qədim xalçalar və məişət alətləri, milli musiqi alətləri, xüsusi suvenirlərlə bəzədilən Azərbaycan guşəsi maraqla qarşılanıb. “Sarı gəlin” və “Leqendı Kavkaza” rəqs ansamblları, Azərbaycandan dəvət olunmuş sənət adamları festival iştirakçılarına yaddaqalan anlar yaşadıblar.
Festivalda qonaq qismində 200 min nəfər iştirak edib.
Dövlətlər arasında sülhə, tolerantlığa göstərilən diqqətin bəhrəsi kimi “Xoşbəxtlik ağacları” əkilib, ağacların budaqlarından ölkələrin bayrağını əks edən rəngli lentlər asılıb.

Paylaş:
Baxılıb: 573 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31