/ / Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınmasının 100 illiyinə dair konfrans keçirilib
Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınmasının 100 illiyinə dair konfrans keçirilib
15.01.2020 [09:33]
Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınmasının 100 illiyinə həsr olunmuş respublika elmi konfransı keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, elmi konfransı giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, ölkəmizlə bağlı həqiqətlərin üzə çıxarılmasına və dünyaya çatdırılmasına hər zaman böyük diqqət yetirib. Dövlətimizin başçısı İlham Əliyev Ulu Öndərin bu siyasətini uğurla davam etdirir.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq vəziyyəti” mövzusunda çıxış edib. O, Cümhuriyyətin varisi olan müstəqil Azərbaycan Respublikasının bu gün dayanıqlı inkişaf yolunda inamla addımladığını vurğulayıb.
Bildirilib ki, bu konfrans Cümhuriyyətin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Prezidentinin Sərəncamına əsasən reallaşdırılan tədbirlərdən biridir. Alim Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, diplomatik uğurlarından danışıb. O, parlamentin sədri Əlimərdan bəy Topçubaşovun Paris Sülh Konfransında iştirakı ilə bağlı maraqlı faktları diqqətə çatdırıb.
Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov “Müasir geosiyasi şəraitdə Azərbaycanın diplomatik uğurları” mövzusunda məruzəsində Cümhuriyyətin 100 illik yubileyinin artıq iki ildir ki, yüksək səviyyədə qeyd olunduğunu bildirib. Vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirilib. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, müstəqil Azərbaycanın təməlini qoya bilib. Bu gün Azərbaycan müstəqil daxili və xarici siyasət yürütməklə mürəkkəb geosiyasi vəziyyətdə sabitliyini qoruyub saxlayır.
Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyə Əhmədova “Azərbaycan nümayəndə heyətinin Avropadakı fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Paris Sülh Konfransının qərarından sonra Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaradılmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlanmışdı. F.Əhmədova Azərbaycan Xalq Cümhuriyyətinin bütün dünyada tanıdılmasında Əlimərdan bəy Topçubaşovun xidmətlərinin əvəzsiz olduğunu vurğulayıb.
Sonra Bakı Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Afət Səfərova “Azərbaycanın istiqlaliyyətinin tanınmasında Əlimərdan bəy Topçubaşovun rolu” adlı məruzə ilə çıxış edib. O, Əlimərdan bəy Topçubaşovun Cümhuriyyət Parlamentinin ilk sədri kimi diplomatiya tariximizdə müstəsna xidmətlərindən danışıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22

