Fevral ayında hansı meyvə və tərəvəzləri yeyək?
25.01.2020 [15:55]
Məlum olduğu kimi, soyuq qış günlərində xəstəliklərdən qorunmaq üçün immuniteti gücləndirmək lazımdır. Bunun üçün A, E və S vitaminləri qəbul edilməlidir. Mütəxəssislərin sözlərinə görə, mövsümü qidalar qəbul edilməlidir. Bəs üzümüzə gələn fevral ayında necə qidalanaq?
Alma: Həm yay, həm də payız və qış aylarında yetişən alma növləri var. Digər şirəli meyvələrdən fərqli olaraq almanı bütün ilboyu saxlayıb istifadə etmək mümkündür. Hər gün bir alma yemək infarkt riskini 24 faiz azaldır. Alma sakitləşdirici, yuxugətirici effektə malikdir. Meyvənin qurusu da sağlamlıq üçün çox faydalıdır. Alma qurusunun dəmləməsi ürək və həzm sistemi xəstəlikləri zamanı faydalı təsir göstərir. Bir sözlə, alma ürəyin dostudur.
Banan: Banan meyvələri yüksək kalorili olduğundan dünyanın əksər bölgələrində milyonlarla insanın əsas qida məhsuludur. Həm arıqlamaq, həm də kökəlmək üçün istifadə oluna bilir. Səhərlər bir banan yeyəndə həm aclığı götürür, həm də 100 qram meyvə 100 kalori enerji verir. Südlə banan yeyilməsi isə çəki artırır. Mədə xəstəliyindən əziyyət çəkənlər üçün xüsusilə əlverişlidir. Qıcqırmanı, qəbizliyi, soyuqdəyməni götürür, həzmi yaxşılaşdırır. Eyni zamanda, beyin damarlarında trombun əmələ gəlməsini aradan qaldırır. Tərkibində olan triptofan və serotinin əqli yorğunluğu götürür, xoş emosional əhval-ruhiyyə yaradır. Qeyd edək ki, banan siqaret çəkməyi tərgitmək istəyənlər üçün də qiymətli vasitədir.
Sitrus bitkiləri: ABŞ alimlərinin fikrincə, gündə heç olmasa bir sitrus bitkisi yeyən insanın onkoloqa müraciət edəcəyi riski digərlərinə nisbətən daha azdır. Məlum olduğu kimi C vitamini ilə zəngin qidalar orqanizmə müsbət təsir göstərir, immun sistemi möhkəmləndirir. Ən çox C vitamini qreypfrutun, portağalın və limonun tərkibindədir. Harvard Universitetindən olan alimlərin tədqiqatları sübut edib ki, portağal şirəsi qocalıqla bağlı ağıl zəifliyinin aradan qaldırılması üçün faydalıdır. Hər gün bir stəkan təzə sıxılmış portağal şirəsi içən kişi könüllülərdə bu xəstəliyin inkişaf ehtimalı 47 faiz azalıb. Kumkvat da sitrus bitkilərinə aid olub zahirən miniatür portağala bənzəyir. Kumkvat orqanizmin immun müqavimətini bərpa edir, onu soyuqdəymə və respirator virus infeksiyalarından qoruyur. İmmuniteti artırmaq, mədə və qaraciyər xəstəliklərini aradan qaldırmaq üçün limondan istifadə etmək tövsiyyə olunur.
Turp: Turp həmişə sağlamlıq və gümrahlıq rəmzi sayılıb. El arasında işlədilən "turp kimi" ifadəsi də elə buradan götürülüb. Onun bəlğəmgətirici və ağrıkəsici keyfiyyətləri var. Həzm vəzilərinin sekresiyasını artırır, iştaha gətirir, sidik və öd ifrazatını yaxşılaşdırır.
Kələm: Vitamin və mikroelementlərlə zəngin olan kələmin brokkoli, Brüssel, Pekin, ağ, qırmızı və gül kələm kimi növləri var. Kələm xərçəngdən qoruyur. Kələm yemək damarları möhkəmləndirir, ürək və böyrək xəstəliklərinə qarşı kələm yeyilməsi, mədə şirəsinin turşuluğu az olanda isə onun şirəsini içmək məsləhət görülür.
Kök: Kök və kök şirəsi az kalorili olmasına baxmayaraq qidalandırıcıdır. Artıq çəkidən xilas olmağa kömək edir. Piylənmənin qarşısını alır. Qaraciyərin funksiyasının qorunması, həzm sistemi üçün çox faydalıdır. Dərinin cavanlaşdırır və gözəlləşdirir. Qocalma prosesini ləngidir. Azacıq limon və zeytun yağı əlavə etməklə hazırlanan kök salatı zehni itiləşdirir, öyrənmə prosesini sürətləndirir.
Çuğundur: Antioksidant təsirə malik olan qırmızı çuğundur dərini gözəlləşdirir, ürək xəstəliklərindən qoruyur, həzmi asanlaşdırır, mədə və bağırsaqların fəaliyyətinə müsbət təsir edir, qəbizliyi, mədə ağrısı və yanğısını aradan qaldırır. Şəkər xəstəliyinin qarşısını alır. Qan azlığı və dəmir çatışmazlığı olan zaman kök suyu ilə qarışdırılıb içiləndə qan istehsalına və qırmızı qan hüceyrəsi səviyyəsinin artımına kömək edir. İştahanı açır və orqanizmə rahatlıq bəxş edir. Çuğundur suyu sinirləri sakitləşdirir, qaynadılıb suyunun içilməsi zamanı isə sidikqovucu təsir göstərir. Böyrəkdə qumların tökülməsində və hipertoniya zamanı faydalıdır. Alma, kök və başqa meyvə-tərəvəz suları ilə qarışdırılıb içiləndə orqanizm üçün son dərəcə xeyirlidir. Qeyd edək ki, qırmızı çuğunduru 15 dəqiqədən çox bişirmək məsləhət görülmür.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56

