Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakıda təhsil alan Çin vətəndaşının karantin müddəti bitdiyindən bu gün evinə buraxılır

Bakıda təhsil alan Çin vətəndaşının karantin müddəti bitdiyindən bu gün evinə buraxılır

04.02.2020 [17:20]

Bu gün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 5 nəfər yerləşdirilib. Bu barədə “Yeni Azərbaycan”a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Çində təhsil alan 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşının hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq. Pekində təhsil alan 1992-ci il təvəllüdlü və onun 1993-cü il təvəllüdlü həyat yoldaşının heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunacaq.  
Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı sərhəd keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub. Hazırda həkimlər tərəfindən müayinə edilir və lazımı yardım göstərilir. Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşının hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq. Pekində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşının hərarəti normaldır, heç bir şikayəti yoxdur.
Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul və Moskva şəhərlərindən gəliblər. Bakıda təhsil alan Çin vətəndaşına gəldikdə, o karantin müddəti bitdiyindən bu gün evinə buraxılır. Səhhətində heç bir problem yoxdur.

Paylaş:
Baxılıb: 562 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31