/ / Təhmasib Novruzov: Ağdamın işğaldan azad olunması təkcə ağdamlılar üçün deyil, bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları və Türk dünyası üçün böyük tarixi hadisədir
Təhmasib Novruzov: Ağdamın işğaldan azad olunması təkcə ağdamlılar üçün deyil, bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları və Türk dünyası üçün böyük tarixi hadisədir
27.11.2020 [09:12]
“Məlum olduğu kimi, sentyabrın 27-də işğalçı Ermənistanın növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi cənab Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun və xalqımızın düşmən üzərində həlledici qələbə qazanması ilə başa çatdı. Əldə etdiyimiz bu qələbənin nəticəsi olaraq noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan birgə bəyanat işğalçı ölkənin təslimçilik aktıdır. Məhz bu bəyanata əsasən işğalçı Ermənistan, eyni zamanda, Ağdam, Kəbəcər və Laçın rayonlarının da döyüşsüz qaytarılmasını öz öhdəsinə götürdü və noyabrın 20-də 27 ildən çoxdur ki, işğal altında olan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdi”. Bunu qəzetimizə açıqlamasında “Azadlıq Hərəkatçılar Birliyi”nin sədri, 1990-cı illərin əvvəllərində Ağdam rayon Xalq Deputatları Soveti sədrinin müavini olmuş Təhmasib Novruzov deyib.
O, hər bir Azərbaycan vətəndaşı kimi bunu böyük qürur hissi ilə qarşıladığını bildirib: “Çünki Ağdamın işğaldan azad olunması təkcə ağdamlılar üçün deyil, bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları və Türk dünyası üçün böyük tarixi hadisədir. Xalqımızın, Ali Baş Komandanımızın müdrikliyi və qətiyyəti, ordumuzun rəşadəti sayəsində əldə olunan indiki qələbə uzun illərdir həsrətində olduğumuz qalibiyyət və zəfər arzumuzun reallaşmasıdır. Həm Ağdamın, həm də işğal altında olan digər ərazilərimizin azad edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Bir qarabağlı kimi, Ağdamda böyüyüb boya-başa çatmış bir insan kimi deyə bilərəm ki, yurd yerimə yenidən qayıtmaq hissi bir başqadır və bunu Azərbaycan türkcəsi kimi zəngin bir dildə belə ifadə etmək üçün söz tapmaq mümkün deyil”.
Açıqlamasında ermənilərin ölkəmizə qarşı torpaq iddialarının hər zaman mövcud olduğunu deyən T.Novruzov bildirib ki, Qafqaza gəlmə olan haylar zaman-zaman Azərbaycandan yeni torpaqlar qoparmağa cəhd edirdilər və nə yazıq ki, çox vaxt buna nail olurdular: “Bu məqamda bir faktı qeyd etmədən keçə bilmirəm. Belə ki, 1969-cu ilin may ayında ermənilərin Qarabağ iddialarının qarşısında Moskvanın təzyiqinə tab gətirə bilməyən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi (KP MK) 2000 hektar ərazimizin Ermənistana verilməsi haqqında qərar qəbul etdi. Lakin 1969-cu ilin iyulunda Azərbaycan KP MK-nın plenumunda Heydər Əliyev respublikanın rəhbəri seçildi və növbəti plenumda Azərbaycan KP MK-nın may ayında verdiyi qərar ləğv edildi. Məncə, təkcə bu tarixi fakt, Ümummilli Liderin Vətənə və xalqa nə qədər bağlı bir azərbaycanlı, eyni zamanda, SSRİ rəhbərliyinin qərarını pozmağa qadir güclü, prinsipial və qətiyyətli dövlət xadimi olduğunu anlamaq üçün bəs edər”.
T.Novruzov açıqlamasında Ağdamın qədim türk yurdu olduğunu da deyib: “İlk olaraq onu qeyd edim ki, Ağdam Oğuz-Saq türk elatının ən qədim yurd yerlərindəndir. Məsələn, Abdal-Gülablı kəndi ərazisində tapılan insan sümüklərinin hələ SSRİ-nin arxeoloqları üç-dörd min illik tarixə malik olduğunu sübut etmişdilər. Həmin tapıntılarda insanın qurşaqdan aşağı sümükləri 120 santimetr idi. Heradotun yazdığına görə, məhz Saq döyüşçülərinin boyu azı iki metr olurmuş. Bununla yanaşı, Papravənd kəndində tapılan Daşbaba abidəsinin eramızdan əvvəl dördüncü minilliyə aid olduğu elmi cəhətdən təsdiq edilib. Eyni zamanda, Ağdam rayonunun təxminən 17-18 kənddən ibarət Kolanılar adlanan hissəsi də qədim türk boyunun adı ilə bağlıdır”.
Onun sözlərinə görə, Sovet dövründə də Ağdamı digər rayonlardan fərqləndirən bir sıra nailiyyətlər mövcud olub: “Ağdamda yaradılan Çörək Muzeyi keçmiş SSRİ məkanında yeganə, dünyada isə ikinci bu tipli muzey idi. Orda ən qədim dövrlərə aid buğda dənələri, müxtəlif dövrlərdə bişirilmiş çörək və lavaş növləri, Leninqradın (İndiki Sank-Peterburq) mühasirəsi zamanı bir qadının yeməyib saxladığı çörək parçası və s. qiymətli eksponatlar var idi.Lakin təəssüf ki, Ağdam işğal edilənə qədər bu eksponatları çıxarmaq mümkün olmadı. O zaman Ağdam Mədəniyyət Şöbəsi həmin eksponatları bir yerə toplayıb, çıxarmağa hazırlaşırdı ki, düşmən mərmisi muzeyi darmadağın etdi. Təkcə Azıx mağarasından tapılan yeddi min il tarixi olan buğda dənələrini tapıb, götürə bildik. Həmin buğda dənələri indi Azərbaycan Tarix Muzeyinin eksponatları arasındadır. Onu da qeyd edim ki, Ağdam Cümə məscidi, Abdal-Gülablı istirahət zonası, Şelli sanatoriyası, Üzümçülər sarayı, Dövlət Dram Teatrı və s. işğaldan əvvəl Ağdamda qurulan və tikilən qeyri-adi memarlıq nümunələri idi”.
Müsahibimiz Ağdamın məhz xəyanət nəticəsində işğal edildiyini də bildirib: “Əgər Ağdama, ağdamlılara mane olmasaydılar, içimizdəki təxribatçılar, rayona göndərilmiş emissarlar Ağdamda müxfəlif formalı təxribatlar törətməsəydilər, digər bölgələrdən rayonumuza köməyə gəlmiş həmvətənlərimizlə birlikdə rayonun əhalisi Ağdamın işğalının qarşısını ala, hətta erməniləri diz çökdürə bilərdi”.
Artıq o dəhşətli günlər geridə qalıb. Azərbaycan Prezidentinin rəhbərliyi ilə dövlətimizin Ağdamı əvvəlkindən də gözəl, əzəmətli görkəmə qaytaracağına heç kimin şübhəsi ola bilməz. Ən əsası ona görə ki, Prezident İlham Əliyev 2003-cü ildən bu günə qədər verdiyi bütün vədləri yüksək səviyyədə, ardıcıllıqla yerinə yetirib. Eyni zamanda, bu gün Ali Baş Komandan olaraq sübut etdi ki, təkcə güclü ordu yaratmayıb. Bu 44 gündə gördük ki, dövlət başçısı ordu quruculuğu ilə yanaşı, benəlxalq siyasət, diplomatiya, informasiya müharibəsi və digər sahələrdə də bu şanlı qələbəyə öz töhfəsini verir. Ağdamın gələcəyini necə görməyimə gəlincə, təbii ki, mən də digər ağdamlılar kimi şəhərimizin işğaldan əvvəlki görkəminin saxlanmasını arzu edərdim. Həmçinin Erməni işğalını və bu zəfəri gələcək nəsillərin hər zaman xatırlamaları üçün düşmən tərəfindən dağıdılmış evlərdən bir neçə nümunə saxlanmasını istərdim. Bir sözlə, tam əminliklə deyə bilərəm ki, Azərbaycanın yüksək səviyyədə inkişafına nail olan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu illər ərzində düşmən tərəfindən tamamilə dağıdılan Ağdam şəhəri və rayonun digər kəndləri, bütün digər bölgələrimiz tam bərpa ediləcək.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20

