/ / Milli Məclis sədrinin müavini Vətən müharibəsi dövründə arxa cəbhədə xidmət göstərən şəxslər və fəal gənclər ilə görüşüb
Milli Məclis sədrinin müavini Vətən müharibəsi dövründə arxa cəbhədə xidmət göstərən şəxslər və fəal gənclər ilə görüşüb
20.04.2021 [08:59]
Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin aprelin 19-da ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılar, Vətən müharibəsi dövründə arxa cəbhədə xidmət göstərən şəxslər və fəal gənclər ilə xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla növbəti görüşü keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Adil Əliyev ölkəmizin Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışıb, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi Zəfəri tariximizin ən böyük hadisələrindən biri kimi qiymətləndirib. Vətən torpaqlarının düşmən işğalından azad edilməsinə diqqət çəkən Milli Məclis sədrinin müavini xalqımızın dövlətimizin başçısının ətrafında sıx birləşdiyini, istər döyüş meydanında, istərsə də arxa cəbhədə misilsiz şücaət göstərdiyini vurğulayıb. Bildirib ki, Ordumuzun müasir texnika ilə təchizatı, uzun illərdir dövlətimizin başçısı tərəfindən hərbi sahəyə ayrılan diqqət sonda öz uğurlu nəticəsini verdi. Bu Qələbə Ordumuzun yaxşı təchizatı ilə yanaşı, hərbi qulluqçularımızın yüksək səviyyədə hazırlığı, Ulu Öndər Heydər Əliyevin idmanda kütləviliyin təmin olunması siyasətinin uğurla davam etdirilməsi nəticəsində qazanıldı.
Adil Əliyev qeyd edib ki, ölkəmizin qazandığı tarixi Qələbədə istifadə edilən taktiki gedişlər bu gün dünyanın bir sıra hərbi mütəxəssislərinin marağına səbəb olub. Dövlətimizin başçısı tərəfindən açılışı edilən Hərbi Qənimətlər Parkı qazandığımız Qələbənin möhtəşəmliyinin əyani göstəricisidir.
Söhbət zamanı ölkəmizdə bədən tərbiyəsi və idmanın gənc nəslin həyat tərzinə çevrilməsinin əhəmiyyətindən, idmançılarımızın ev şəraitində olsa da məşqləri davam etdirməsinin vacibliyindən danışılıb.
Sonda Vətən müharibəsində arxa cəbhədə xidmət edən fəallara, ictimai fəal gənclərə və ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılara Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12

