Ölkəmizdə koronavirus pandemiyasına qarşı sistemli mübarizə tədbirləri müsbət nəticə verir
15.06.2021 [08:00]
Məlum olduğu kimi, 2020-ci ilin əvvəlindən bütün dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ölkəmizdə səmərəli mübarizə aparılır. Azərbaycan elə ilk günlərdən virusun yayılmasının qarşısının alınması ilə bağlı çox effektiv tədbirlər həyata keçirib. Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejiminin tətbiqi və digər tədbirlər bu baxımdan xüsusi qeyd edilməlidir. Bir sözlə, dövlətimiz vətəndaşların sağlamlığını və təhlükəsizliyini əsas götürərək bütün mümkün addımları atır. Bu ilin əvvəlindən isə ölkəmizdə kütləvi vaksinasiya prosesinin həyata keçirilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Həmin addımların nəticəsidir ki, bu gün ölkəmizdə sanitar-epidemioloji vəziyyət nəzarət altındadır.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib ki, Azərbaycan Prezidentinin bütün istiqamətlərdə həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayandığı üçün dövlətimiz koronavirus bəlasından xilas olmaq üçün pandemiyanın ilk günündən bütün lazımi addımları atıb: “Azərbaycan pandemiyanın ilk dövrlərindən virusun yayılmasının qarşısının alınması ilə bağlı çox effektiv tədbirlər həyata keçirib. Dövlət tərəfindən dərhal səhiyyə sisteminin pandemiyaya qarşı mübarizə çərçivəsində effektiv fəaliyyətini təmin edən addımlar atılıb, yeni laboratoriyalar yaradılıb, koronavirus xəstələrinə xidmət göstərmək üçün yeni xəstəxanalar ayrılıb, eyni zamanda, modul tipli xəstəxanalar qurulub”.
Millət vəkili qeyd edib ki, karantin rejiminin müddətinin uzadılması insanların sağlamlığının maksimum dərəcədə qorunmasında mühüm rol oynayıb: “Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər bu istiqamətdə mühüm nailiyyətlər əldə etməyimizi şərtləndirib. Atılan mühüm addımların nəticəsidir ki, ötən aydan gündəlik yoluxma sayında ciddi azalma qeydə alınıb. Son günlər koronavirusdan ölüm hallarının qeydə alınmaması çox mühüm əhəmiyyətə malikdir”.
Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığını qorumaq və pandemiyadan ən az itki ilə çıxmaq üçün bütün tədbirləri davam etdirməkdə qərarlı olduğunu dilə gətirən Milli Məclisin üzvü İlham Məmmədov isə qeyd edib ki, hazırda əldə edilən nəticə yüksək qiymətləndirilməlidir: “Azərbaycan dövləti virusla mübarizə məqsədilə bütün mümkün tədbirləri maksimum effektiv şəkildə həyata keçirir. Bunlarla yanaşı, peyvəndləmə prosesinin başlanması Azərbaycanda COVID-19-dan ölüm sayının azalmasında mühüm rol oynayıb. Məlum olduğu kimi, cari ilin yanvar ayının ortalarından etibarən ölkəmizdə vaksinasiyaya başlanılıb”.
İ.Məmmədov vurğulayıb ki, əsas məsələlərdən biri vətəndaşlarımızın bundan sonra da verilən qərarlara ciddi şəkildə riayət etməsidir: “Çünki zaman da göstərdi ki, koronvirusla mübarizədə vətəndaş məsuliyyəti və milli həmrəylik mühüm önəm kəsb edir. Ötən müddət ərzində qaydalara riayət edilməsi və digər məsələrdə göstərilən həmrəylik vaksinasiya prosesində də nümayiş etdirilməlidir. Bu baxımdan, vaksinasiyanın uğurla başa çatdırılması pandemiya ilə mübarizədə daha yüksək nəticə əldə etməyə imkan verəcək”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

