Dərmanların qiymətinə yenidən baxılacaq
30.04.2022 [10:47]
Xüsusi Komissiyanın işi yekunlaşmaq üzrədir
Günel ABBAS
Son vaxtlar kütləvi informasiya vasitələrində dərman vasitələrinin qiymətində də artımla bağlı xəbərlər yayılıb. Məlumata görə, dərman vasitələri bahalaşmaqdan əlavə, satış qiyməti də apteklər üzrə fərqlənir. Ancaq ölkədə bu məsələnin tənzimlənməsi istiqamətində mütəmadi işlər görülməkdədir. Hələ 2015-ci ildən Azərbaycanda dərman vasitələrinin qiymətinin tənzimlənməsinə başlanılıb. Ancaq dünyada gedən proseslər baş verəcək süni artımların qarşısını almaq üçün bəzi məsələlərə yenidən baxmağı, önləmlər almağı şərtləndirir. Artıq səhiyyə naziri Azərbaycanda dərmanların qiymətinə dəyişiklik ediləcəyi ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin nəzdində dərmanlarla bağlı xüsusi Komissiya yaradılıb. Nazir bildirib ki, həmin sahənin Azərbaycanda sürətli inkişafı üçün müəyyən addımlar atılacaq: “Dərman vasitələrinin keyfiyyətinə, idxalına nəzarət və qiymət tənzimlənməsinə dair müəyyən dəyişikliklər olacaq”.
Milli Məclisin səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, komissiyanın yaradılması ilə həmin sahənin tənzimlənməsi üçün müəyyən addımlar atılacaq: “Dərman vasitələrinin keyfiyyətinə, idxalına nəzarət və qiymət tənzimlənməsinə dair müəyyən dəyişikliklər olacaq. Dünya bazarındakı vəziyyətə görə müvafiq olaraq artımlar müşahidə oluna bilər. Ancaq dövlətin bu istiqamətdə müdaxiləsi süni artımın qarşısını almaq məqsədi daşıyır. Dərmanların keyfiyyəti isə Səhiyyə Nazirliyi tərəfindən diqqətdə saxlanılır”.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, Ukrayna-Rusiya müharibəsindən irəli gələn səbəblərdən dolayı bütün sahələrdə qiymət artımı var: “Xaricdən kifayət qədər dərman idxal edirik. Bizdə dərmanlar ümumiyyətlə bahadır. İnsanlar dərmanların qiymətində ciddi fərq olduğu üçün xaricdən sifariş edirlər. Ona görə də belə bir komissiyanın yaradılması çox vacibdir. Mütəmadi olaraq Milli Məclisdə də bu məsələni qaldırırdıq. Dərmanların qiyməti çox yüksəkdir, özü də apteklər istədiyi qiymətə satırlar. Dərmanların qiyməti əhali üçün əlçatan olmalıdır ki, insanlar ondan istifadə edə bilsin”.
Deputat bildirib ki, dərmanların qiyməti ilə yanaşı, keyfiyyətində də problemlər var: “Düzdür, qiymətlərin tənzimlənməsi ilə bağlı məsələlərlə məşğul olan qruplar var. Xüsusilə də Antiinhisar xidməti bununla bağlı cərimələr tətbiq, protokollar tərtib edir. Ancaq bu, kifayət deyil”.
V.Əhmədov vurğulayıb ki, süni qiymət artımının qarşısını almaq üçün bir üsul da istehsal etməkdir: “Dövlət başçısının göstərişinə uyğun olaraq fabriklər tikilir, bir neçəsi də istifadəyə verildi. Onların keyfiyyətinə də nəzarət etmək lazımdır ki, dünya standartlarına cavab versin. Eləcə də iri şirkətlərin ölkəmizdə dərman istehsalı ilə məşğul olmasına şərait yaradılması önəmlidir. Hansı ki həmin dərmanlar dünyada tanınır və istifadə edilir. Əks halda, keyfiyyətsiz dərmanlar bizə lazım deyil”.
Xəbər lenti
Hamısına baxAnalitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20

