Qışın qəfil gətirdiyi problemlər...
07.12.2022 [10:40]
Nicat DİLQƏMLİ
Qış fəslinin gəlməsi, həm də müəyyən problemlərin ortaya çıxması ilə xarakterikdir. Bir çox hallarda istər rayonlarda, istərsə də paytaxtda qar yağan kimi yollarda nəqliyyatın hərəkətində çətinlik yaranır, digər xidmətlərdə müvəqqəti ləngimələr olur. Bu səbəbdən də artıq bir neçə ildir ki, ölkəmizdə qış fəslinin gəlişinə bir neçə ay qalmış hazırlıq işlərinin görülməsinə başlanılır.
Qar və şaxta gözlənilmədən bizi haqlayıb. Artıq bir neçə gündür ki, rayonlarda qarlı-şaxtalı hava hökm sürür. Və təbii ki, qarın belə qəfil gəlişi özü ilə çoxlarına sevinc bəxş etməklə yanaşı, bir çox qayğı və problemlər də gətirdi...
Aidiyyəti qurumlar qış mövsümü ilə əlaqədar hazırlıq işləri görüblərmi?
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli qabaqlayıcı tədbirlərin icrasına oktyabr ayından başlanıldığını bildirib: “Tədbirlər planı hazırlanır, Qərargah yaradılır və artıq noyabr ayının əvvəlindən payız-qış mövsümü ilə əlaqədar hazırlıq işlərinə başlanılır. Duz-qum ehtiyatının toplanması, texniki təchizatın hazır vəziyyətə gətirilməsi və yanacaq-sürtkü ehtiyatının toplanması kimi işlər artıq noyabrın sonlarında başa çatır”.
AAYDA rəsmisi sürücülərə çağırış edərək onları da qabaqlayıcı tədbirlər görməyə səsləyib: “Qurum olaraq qeyd edirik ki, qarın yağması ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsinə hazırıq. Amma bu o demək deyil ki, yollarda hər hansı bir problem yaranmayacaq. Çalışırıq ki, yaranan problemlər qısa müddət ərzində aradan qaldırılsın. Burada ikinci bir nüans ondan ibarətdir ki, sürücülərimiz qış fəslinə hazır olmalıdırlar. İdarə etdikləri nəqliyyat vasitələri qış fəslinə uyğun təchiz olunmalıdır. Əks halda görülən bütün qabaqlayıcı tədbirlərə baxmayaraq problemlər yaranacaq, bu da digər sürücülərə də mane olacaq. Bütün bunlar da nəticədə tıxacın yaranmasına və bizim texnikaların işinə problem yaratmış olacaq. Ona görə də sürücülərimiz da hazırlıq işləri görməlidirlər”.
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı isə qəzetimizə açıqlamasında “Azərsu” ASC-nin qışa tam hazır olduğunu qeyd edib: “Qışa hazırlıq çərçivəsində “Azərsu” ASC avqust ayından tədbirlər planını təsdiq edir və tədbirlər planına uyğun olaraq artıq sentyabr ayından qışa hazırlıq prosesinə başlanılır. Qışa hazırlıq prosesi deyəndə nə nəzərdə tutulur? Kanalizasiya infrastrukturunun, yəni kanalizasiya nasos stansiyalarının, əsas daşıyıcı kollektorları, baxış quyularının, yağış barmaqlıqlarının şəbəkə xətlərinin təmizlənməsi və monitorinq işləri. Qeyd etmək istəyirəm ki, ötən aylar aparılmış işlər nəticəsində artıq bizim payız infrastrukturumuz qışa tam hazırdır. Ötən müddət ərzində baş vermiş yağışlar da göstərdi ki, bizim bütün infrastrukturumuz pik rejimlə normal şəraitdə çalışdı və tullantı suları ilə yanaşı yaranmış, formalaşmış yağış sularını da kənarlaşdıra bildi”.
“Ümumiyyətlə, “Azərsu” ASC qış-yaz aylarında yaya hazırlıq işlərinin aparılması ilə bağlı xüsusi təchizat sistemlərində yenidənqurma-bərpa-təmir işlərini həyata keçirir və bir də payız aylarında artıq qış dövrünə hazırlıq işləri görür. Qeyd etmək istərdim ki, “Azərsu” ASC həm içməli su, həm tullantı su infrastrukturu qış dövrünə tam hazırdır”, - A.Cəbrayıllı fikirlərinə yekun vurub.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59

