Qəbələdə “Turizmin inkişafında KİV-in rolu və funksiyası” adlı tədbir keçirilib
23.02.2016 [17:07]
«Gilan Holdinq»ə daxil olan «Qafqaz Hotelləri» şəbəkəsinin təşkilatçılığı ilə Azərbaycanda daxili turizmin inkişafına dəstək məqsədilə Qəbələdə “Turizmin inkişafında KİV-in rolu və funksiyası” adlı tədbir keçirilib.
Press-turda Azərbaycanın əksər aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak ediblər.Tədbirdə qeyd olunub ki, Azərbaycanın ən müasir və peşəkar hotel brendlərindən olan «Qafqaz hotelləri» qrupuna artıq 13 hoted daxildir. Bunlardan 8-i Qəbələ rayonunda yerləşir.
KİV nümayəndələri əvvəlcə Yengicə kəndinə gələrək, Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş «Qafqaz Yengicə Termal Hotel və SPA»kompleksi ilə tanış olublar. Qeyd olunub ki, 61 nömrədən ibarət olan Hoteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.Burada həmçinin, müxtəlif toplantı və konfransların keçirilməsi üçün geniş imkanları olan zal, müasir restoranlar şəbəkəsi də fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunur.
Bildirilib ki, kompleksin əhəmiyyətini artıran mühüm cəhət burada müalicəvi su mənbəyinin olmasıdır. Tarixi araşdırmalar, kimyəvi və tibbi yoxlamalar bu mineral suyun yüksək dərəcədə müalicəvi və bərpaedici təsirini sübut edib. Hoteldə Naftalan nefti ilə müalicə proseduru da həyata keçirilir. Burada dincələn turistlərin istirahətini səmərəli təşkil etmək üçün rayonun görməli yerlərinə müxtəlif səyahətlət turları, ekskursiyalar da təşkil olunur. Yay aylarında balıq həvəskarları üçün hotel xüsusilə maraqlıdır. Yaxınlıqdakı göldən balıq tutaraq manqalda bişirmək bu məşğuliyyətin həvəskarları üçün əvəzedilməz zövqdür.
Media nümayəndələrinin növbəti dayanacağı 5 ulduzlu «Qafqaz Sport Hotel» olub. Şəhərin mərkəzində , «Qəbələ» futbol klubunun stadinonunun yaxınlığında yerləşən bu istirahət mərkəzi, həmçinin, Atıcılıq Mərkəzi və digər idman qurğularının da yaxınlığında yerləşir. Adından da göründüyü kimi, bu kompleks daha çox Qəbələdə keçirilən beynəlxalq səviyyəli idman oyunlarını izləmək üçün gələn turistlər üçün daha cəlbedicidir. Yaxın zamanlarda hotelin həndəvərində Qəbələ Atçılıq kompleksinin də inşası nəzərdə tutulur. Odur ki, bu kompleksin qarşıdakı illərdə at sürmək həvəskarı olanların sevimli məkanına çevriləcəyinə heç şübhə yoxdur.
«Qafqaz Sport Hotel»də dincəldikdən sonra KİV nümayəndələri növbəti gün təkcə ölkəmizin deyil,eyni zamanda regionun ən böyük və ən müasir xizəkçilik məkanı olan «Tufandağ» Qış –Yay İstirahət kompleksi ilə tanış olmaq məqsədilə «Qafqaz Tufandağ Hotel»ə yollanıblar.
Qeyd olunub ki, Qafqazın ən müasir dağ xizəkçilik məkanlarından biri olan «Qafqaz Tufandağ Hotel»i xizək sürmək həvəskarları üçün əvəzedilməz istirahət məkanlarından biridir. 2015 də istismara verilən hotel yerləşməsi, rahatlığı və yüksək xidmət səviyyəsi ilə rəqiblərindən bir addım öndədir. Hoteli həm həftəiçi, həm də xüsusi həftəsonu paketləri ilə müştərilərinə cazibədar təkliflər edir. 2 nəfər üçün 179 AZN ödəyərək müştərilər burda 2 nəfərlik otaqda gecələməklə bərabər, səhər yeməyi, SPA və fitness, ödənişsiz xizək dəsti, ödənişsiz xizək geyimləri, xizək xəttinə buraxılış kartı, eyni zamanda hoteldə erkən qeydiyyat (10:00-dan etibarən) və gec çıxış (16:00-a qədər) imkanları da əldə edə bilirlər.
Media nümayəndələri ilə görüşündə «Qafqaz Hotelləri»nin səlahiyyətli nümayəndəsi bildirib ki, qarşıdan gələn Novruz Bayramı ilə əlaqədar burada turistlər üçün xüsusi sərfəli endirimli kampaniyalar da təşkil olunacaq. 19-28 mart tarixlərini əhatə edəcək bu kampaniyada iştirak etmək istəyənlər 72 AZN-dən başlayan (buraya gecələmə, səhər yeməyi, internet, SPA və fitness qiymətə daxildir) iki nəfərlik otaq qiymətləri ilə , həmçinin, 22-24 mart tarixlərində isə 116 AZN-dən başlayan (gecələmə, səhər yeməyi, SPA, Novruz Bayramı şou programı,musiqiçilər, aparıcılar, DJ-lər, keçəl və kosa, köpük şousu, klounlar, rəqqaslar, sehrbazlar və s. daxildir) 2 nəfərlik otaq qiymətləri ilə qonaq ola bilərlər.
KİV nümayəndələri Qəbələyə səfər çərçivəsində həmçinin, «Qafqaz Hotellər»şəbəkəsinə daxil olan digər istirahət mrkəzləri haqda da məlumatlandırılıblar. Media təmsilçiləri Qəbələdən xoş təəssüratlarla Bakıya yola düşüblər.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

