/ / Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını pozan vəzifəli şəxslərə qarşı ən ciddi tədbirlər görülür
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını pozan vəzifəli şəxslərə qarşı ən ciddi tədbirlər görülür
03.08.2018 [09:05]
Son dövrlər mülkiyyət formasından və təsərrüfat fəaliyyətindən asılı olmayaraq, bəzi təsərrüfat idarəetmə orqanlarında insan ölümü ilə nəticələnən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi hallarına yol verilir. Bu qəbildən olan qanunazidd hərəkətlərə yol vermiş şəxslər barəsində prokurorluq orqanları tərəfindən kəsərli mübarizə tədbirləri həyata keçirilir.
Xəbər verdiyimiz kimi, cari il iyulun 26-da Abşeron rayonu ərazisində fəaliyyət göstərən “Sen İnşaat” MMC-də fəhlə işləyən Ağaməli Qurbanovun müəssisənin həyətyanı sahəsində yük avtomobilinin yanacaq çənində qaynaq apararkən yanacaq məhlulunun üzərinə tökülməsi nəticəsində yanıq xəsarətləri alaraq ölməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış istintaqla üzərlərinə təhlükəsiz əmək şəraitinin təmin edilməsi, işçilərin əməyin mühafizəsi normaları və qaydaları ilə bağlı təlimatlandırılması vəzifələri qoyulmuş MMC-nin vəzifəli şəxsləri tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi, həmçinin yanğın təhlükəsizliyi qaydalarının tələblərinin kobud şəkildə pozulması nəticəsində, fəhlə kimi işə qəbul olunmuş Ağaməli Qurbanova qanunsuz olaraq vəzifə təlimatlarında göstərilməyən metal kəsici və digər vəzifələrin icrasının tapşırıldığı müəyyən olunub.
İş üzrə direktor Emin Məsimov, texniki təhlükəsizlik üzrə mühəndis Paşa Rəhimov və sex rəisi Cavanşir Kərimov Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmin müəssisədə insan ölümü ilə nəticələnmiş texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının kobud şəkildə pozulması yeganə hal olmayıb.
Belə ki, ötən il iyunun 6-da Ağsu rayon sakini Samir Hümmətov əmək müqaviləsi, eləcə də müvafiq əmrlə “Sen İnşaat” MMC-yə qablaşdırıcı-dəzgahçı peşəsinə təyin edilməsinə baxmayaraq, dəzgahçı peşəsi üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair müvafiq təlimatlandırma keçmədən, iş səriştəsi yoxlanılmadan müəssisədə sex rəisi vəzifəsində işləmiş Sübhan Namazov tərəfindən həmin peşənin icrasına buraxılmış və nəticədə iş prosesi zamanı qadağan edilmiş zonaya keçib dəzgahın vallarından sürətlə çıxan qaynar polad məmulatın boğazına batması nəticəsində hadisə yerində ölüb.
Həmin faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanılmışdı. Sübhan Namazov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmuş və Abşeron Rayon Məhkəməsinin 2017-ci il 29 avqust tarixli hökmü ilə barəsində müvafiq ittiham hökmü çıxarılmışdı.
İnsanların həyat və sağlamlıqlarının qorunması, gələcəkdə baş verə biləcək bu qəbildən olan hadisələrin qarşısının alınması və təkrarlanmaması məqsədilə “Sen İnşaat” MMC-nin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, metaləritmə işlərinin aparılmasına dair müvafiq icazənin verilib-verilməməsi, eləcə də baş vermiş hadisənin səbəblərinin mütəxəssislər tərəfindən araşdırılması üçün Fövqəladə Hallar Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə və digər aidiyyəti dövlət qurumlarına müraciət olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

