BMT dəyişməli, TŞ genişlənməlidir
05.08.2025 [11:15]
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Almatıda səfərdə olan BMT-nin Baş katibi Antonio Quterreş Mərkəzi Asiyada ilk Dayanıqlı İnkişaf Məqsədləri Mərkəzini ziyarət ediblər. Görüşdə Tokayev mərkəzin açılışında göstərdiyi dəstəyə görə qonağa minnətdarlığını bildirib.
Yuxarıda bəhs olunan görüşdə Tokayev yenə də BMT-də islahatların zərurliyindən bəhs edib O, Qazaxıstanın Baş katibin BMT-də islahatlar aparmaq səylərini tam dəstəklədiyini diqqətə çatdırıb.
Ümumiyyətlə, Tokayev bir qayda olaraq BMT-də islahatların labüd olduğu prinsipindən çıxış edir. O bununla bağlı ölkəsinin mövqeyini müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında dəfələrlə diqqətə çatdırıb. Tokayev bu barədə bir qədər bundan əvvəl “The Hill” nəşrinə müsahibəsində ətraflı bəhs edib.
Dövlət başçısı 5 daimi üzvdən (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin) başqa, digər ölkələrin də səsvermədə iştirakının vacibliyini bildirib. Tokayev bu prosesə dəyişiklik edilməsini istəyib. Qazaxıstan lideri qeyd edib ki, yalnız bu yolla BMT mövcud regional çağırışlarla daha effektiv mübarizə apara biləcək. Dünyanın üzləşdiyi əsas təhlükələr arasında o, pandemiyaları, iqlim dəyişikliyini və nüvə silahını sayıb. “Biz müəyyən irəliləyiş əldə etmişik. Kollektiv tədbirlərin uğursuzluğu özümüzü tam məhv etməyə hər saniyə yaxınlaşdırır. Sülh üçün bizə verilən imkanı itiririk”, - deyə Tokayev bildirib.
BMT-də islahatların aparılması zamanın tələbidir. Qurumun sıralarında 193 ölkə birləşir. Ancaq təşkilatda bu qədr ölkənin təmsilçiliyi əslində formal səciyyə daşıyır. Çünki, qurumda TŞ-nın 5 daimi üzvünün mövqeyi həlledicidir. Buna görə də beynəlxalq ictimaiyyətdə belə bir rəy formalaşıb ki, BMT əslində beş böyük dövlətin maraqlarına xidmət edir. Bəs yerdə qalan 188 dövlət nə üçün 5 ölkənin diqtəsi ilə oturub-durmalıdır?
Son illərdə dünya bir sıra ədalətsizliklərlə sınağa çəkilib. Bu ədalətsizliklərin bir çoxunu elə BMT TŞ-də təmsil olunan güc mərkəzləri törədiblər. BMT Əfqanıstanda, İraqda, Gürcüstanda, Ukraynada baş verənləri dayandıra bilməyib. Son olaraq BMT Baş katibi Qəzzada atəşin dayandırılmasına çağırış edib. Bu çağırış eşidilmir və Qəzzada bir insanlıq faciəsi yaşanır. Niyə belə olmalıdır? İkili standartların BMT-yə də nüfuz etməsi kədərli təəssüratlar yaradır. Necə ola bilər ki, BMT qərarları bir sıra hallarda dərhal və bütün miqyası ilə yerinə yetirilir, digər hallarda isə onilliklər ərzində yerinə yetirilməmiş qalır?
BMT səviyyəsində islahatların aparılması təklifi ilə çıxış edən qardaş Türkiyənin Lideri Rəcəb Tayyib Ərdoğan obrazlı şəkildə “dünya beşdən böyükdür” ifadəsini işlədib. Bu, TŞ-nın tərkibinin genişləndirlməsinə və bu yolla beynəlxalq nizamın daha ədalətli şəkildə idarə edilməsinə bir çağırışdır. BMT strukturunda islahatların aparılmasının zəruriliyini Baş ?atib Quterreş də zaman-zaman gündəmə gətirib.
Öz növbəsində BMT-nin dişsiz bir quruma çevrildiyini ölkəmizlə bağlı 4 qətnamənin onilliklər ərzində yerinə yetirlməməsində görən Azərbaycan da qurumda islahatların aparılmasını zəruri sayır. Bununla bağlı Prezident İlham Əliyev dəfələrlə ən yüksək tribunalardan birmənalı fikirlər ifadə edib. Dövlətimizin başçısı o mövqedən çıxış edir ki, islahatlar çərçivəsində TŞ genişləndirilməlidir. Elə bir mexanizm yaradılmalıdır ki, qurumun formalaşmasında paritetlik, ədalət prinsipləri əsas götürülsün. Belə olan halda BMT hazırkı qlobal güc mərkəzlərinin inhisarından çıxa bilər və onun funksionallığı artar. Qurumda ciddi islahatların aparılmasını qaçılmaz sayan dövlətimizin başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. “Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır.
Əvvəllər qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Zənnimizcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21

