Türkiyə Aİ-yə üzvlük üçün daha nə qədər gözləməlidir?
19.09.2023 [11:40]
Qardaş ölkə Avropa İttifaqı ilə yollarını ayıra bilər
Bir sıra hallarda ayrı-ayrı ölkələrin Qərb təsisatları ilə əməkdaşlığına
gedən yolları çox qısa və rəvan olur. Yəni bu və ya digər dövlətin Avropaya inteqrasiyası məqsədli şəkildə dəstəklənir və bütün mərhələlərdə, prosedur qaydalarının keçilməsində onun qarşısında “yaşıl işıq” yandırılır. Digər ölkələrə isə belə şərait yaradılmır, əksinə məqsədli şəkildə keçilməz maneələr ortaya atılır. Eynən qardaş Türkiyənin Avropa İttifaqının (Aİ) üzvlüyünə qəbul olunmaması kimi.
64 ildir uzanan proses
Türkiyə 1958-ci ildə yaradılmış Avropa İqtisadi İttifaqına (hazırda sıralarında 27 dövləti birləşdirən Avropa İttifaqı -Aİ) 31 iyul 1959-cu ildə tərəfdaşlıq üçün müraciət ünvanlayıb. Bu, qardaş ölkənin Aİ-yə uzatdığı ilk əməkdaşlıq əli idi. Aİ-nin Nazirlər Şurası Türkiyənin müraciətini qəbul edib və üzvlük şərtləri yerinə yetirilənə qədər etibarlı olacaq assosiasiya sazişinin imzalanmasını təklif edib. Sözügedən saziş 12 sentyabr 1963-cü ildə imzalanıb və 1 dekabr 1964-cü ildə qüvvəyə minib. Türkiyə-Aİ əlaqələrinin dönüş nöqtəsi 10-11 dekabr 1999-cu ildə Helsinkidə keçirilən dövlət və hökumət başçılarının Zirvə görüşü olub. Helsinki sammitində Türkiyənin namizədliyi rəsmən təsdiqlənib və digər namizəd ölkələrlə bərabər mövqedə olacağı açıq şəkildə ifadə edilib. 3 oktyabr 2005-ci ildə Lüksemburqda keçirilən hökumətlərarası konfransla Türkiyə rəsmi olaraq Aİ-yə üzvlük danışıqlarına başlayıb.
Aradan onilliklər ötüb. İndiyədək Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı çoxsaylı görüşlər keçirilib, razılaşmalar əldə olunub. Öz tərəfindən qardaş ölkə üzərinə götürdüyü bütün öhdəliklərə əməl edib. Hətta Türkiyədə Avropa Birliyi Nazirliyi də təsis olunub. Lakin hər dəfə Türkiyənin Aİ-yə üzvlüyünə müxtəlif maneələr törədilib. Qardaş ölkənin Avropa İttifaqına gedən yolunu bəhanələrlə bağlayan ölkələr qismində əsasən Fransa və Almaniya çıxış edirlər. Türkiyənin Aİ-yə gedən yolunu bağlamaq məqsədilə bu ölkələrin yüksəksəviyyəli rəsmiləri zaman-zaman absurd bəhanələr ortaya atıblar. İradlardan biri guya Türkiyənin demokratik ölkə olmaması ilə bağlıdır. Bu iddianın heç bir əsası yoxdur. Türkiyə iki turda yekunlaşan və Rəcəb Tayyib Ərdoğanın növbəti qələbəsi ilə başa çatan son prezident seçkiləri ilə bütün dünyaya demokratiya dərsi keçdi. Halbuki Fransada prezident seçkilərinin rüşvətlə maliyyələşdirildiyinə dair məlumatlar transmilli mediada tez-tez tirajlanır. Türkiyəni sıralarında arzulamaq istəməyənlər həmçinin qardaş ölkənin müdafiə qabiliyyətini möhkəmləndirməsini, hərbi sənayesini “hədsiz inkişaf etdirməsini” irad tuturlar. Burada da qərəz, gözügötürməzlik açıq-aşkar ortadadır. Bəli, Türkiyə son illərdə hərbi sənaye sahəsində çox irəli gedib, elə 2023-cü ildə suda, quruda və havada möcüzələr yaratmaq iqtidarında olan bir neçə yeni texnikasını nümayiş etdirib. Bu gün Türkiyə NATO-da ikinci ən böyük orduya malik olan bir dövlətdir. Lakin qardaş ölkə heç vaxt özünün hərbi qüdrətindən müstəmləkəçilik siyasəti üçün istifadə etmir və belə bir niyyəti də yoxdur. Aİ-də təmsil olunan Fransa isə açıq-aşkar neokolonializm siyasəti aparır və Afrika ölkələrini iqtisadi təzyiq altında saxlamaqda davam edir. Aİ-Türkiyə münasibətlərində daha bir arzuolunmaz səhifə 2016-cı ildə açıldı. 2016-cı il iyulun 15-də qardaş ölkədə baş verən hərbi çevriliş cəhdindən sonra Aİ müəmmalı şəkildə Türkiyə dövləti ilə həmrəylik nümayiş etdirmədi...Belə müqayisələri çox sadalaya bilərik. Ancaq bəhs olunan faktlar da ayrı-ayrı ölkələrin Türkiyənin Aİ-yə yolunu məqsədli və qərəzli şəkildə bağladıqlarını təsdiqləmək üçün kifayətdir.
Türkiyənin əsas marağı
Siyasi şərhçi İlqar Vəlizadə “Yeni Azərbaycan”a açıqlamasında Türkiyə-Aİ münasibətlərinin bəzi məqamlarına diqqət çəkib. Onun sözlərinə görə, Türkiyənin əsas marağı Avropa Birliyi ilə ticarət əlaqələrini inkişaf etdirməkdir: “Türkiyə hazırda başa düşür ki, Avropa İttifaqına tam surətdə daxil ola bilməyəcək, əslində tam üzvlük heç Türkiyəyə lazım da deyil. Təsəvvür edin ki, Avropa İttifaqında Türkiyə daimi üzv olsa, o zaman qurumun ümumi qərarları qardaş ölkə üçün də vacib olacaq. Amma Avropa İttifaqının bir çox məsələlərdə Türkiyə ilə mövqeləri üst-üstə düşmür. Xüsusilə Suriya və İraqda Türkiyənin apardığı antiterror siyasəti məsələsində Qərbin mövqeyi fərqlidir. Düşünmək çətindir ki, Türkiyə nə vaxtsa Avropanın bu cür qərarları ilə razılaşar və onların tələblərini yerinə yetirər. Hər halda Ərdoğanın prezident olduğu dövrdə Türkiyə bunu etməyəcək. Ancaq Türkiyənin marağı bundan ibarətdir ki, Avropa İttifaqı ilə azad ticarəti inkişaf etdirilsin. Türkiyə və Aİ arasında azad ticarət bölgəsinin yaradılması ilə bağlı ikitərəfli razılaşma da var. Bu uzunmüddətli razılaşmadır və çoxdan tərtib olunub. Həmin razılaşmaya yeniliklər gətirmək mümkündür.Türkiyə istəyir ki, onun ən azından Aİ-yə üzvlüklə bağlı müraciətinə yenidən baxılsın və azad ticarət sazişi müzakirə olunsun. Avropa İttifaqı isə uzun illərdir ki, bundan boyun qaçırır”.
Ərdoğandan sərt mesaj
Türkiyənin Aİ-yə üzvlüyü bir qədər bundan əvvəl İsveçin NATO-ya daxil ediməsi fonunda yenidən aktuallaşdı. Türkiyə İsveçin Şimali Atlantika Alyansına üzvlüyünə “hə” demək üçün Qərbin də onun önündə Aİ qapılarının açılmasını istəyirdi. ABŞ və NATO rəsmiləri qardaş ölkənin tələbini qəbul etsələr də, proseslər yenə də Türkiyənin istədiyi kimi irəliləmir.
“Avropa İttifaqı Türkiyədən qopmağa, uzaqlaşamağa çalışır”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclası üçün ABŞ-a getməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Aİ-nin Türkiyədən uzaqlaşmaq istiqamətində səylər göstərdiyi zamanda Türkiyə də lazımi qiymətləndirmələr aparacaq. “Bu qiymətləndirmələrimizdən sonra lazım olarsa, Aİ ilə yollarımızı ayıra bilərik”, - deyə Ərdoğan qeyd edib.
M.FEYİZLİ
Xəbər lenti
Hamısına baxGündəm
14 Oktyabr 12:00
Gündəm
14 Oktyabr 11:58
İdman
14 Oktyabr 11:54
Hadisə
14 Oktyabr 11:51
Elm
14 Oktyabr 11:42
Sosial
14 Oktyabr 11:41
Sosial
14 Oktyabr 11:29
Xəbər lenti
14 Oktyabr 11:29
Xəbər lenti
14 Oktyabr 11:12
İdman
14 Oktyabr 11:10
Dünya
14 Oktyabr 11:09
Sosial
14 Oktyabr 10:59
Dünya
14 Oktyabr 10:57
Dünya
14 Oktyabr 10:41
Dünya
14 Oktyabr 10:14
Hadisə
14 Oktyabr 10:07
Siyasət
14 Oktyabr 10:00
Dünya
14 Oktyabr 09:54
Dünya
14 Oktyabr 09:38
Hadisə
14 Oktyabr 09:17
MEDİA
14 Oktyabr 08:34
Sosial
14 Oktyabr 07:40
İdman
13 Oktyabr 23:34
Din
13 Oktyabr 22:19
İqtisadiyyat
13 Oktyabr 21:32
Mədəniyyət
13 Oktyabr 20:18
Dünya
13 Oktyabr 19:35
Sosial
13 Oktyabr 18:21
Sosial
13 Oktyabr 17:24
Hadisə
13 Oktyabr 16:31
Dünya
13 Oktyabr 15:38
İdman
13 Oktyabr 14:26
Siyasət
13 Oktyabr 13:47
Diaspor
13 Oktyabr 13:35
Siyasət
13 Oktyabr 13:11
Hərbi
13 Oktyabr 12:48
Dünya
13 Oktyabr 12:27
Sosial
13 Oktyabr 11:46
Dünya
13 Oktyabr 11:17
İdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15