Ağcabədidə Xocalı soyqırımının 33-cü il dönümü münasibəti ilə tədbir keçirilib
26.02.2025 [13:52]
Xocalı soyqırımının 33 cü ildönümü münasibətilə 25 fevral 2025-ci il tarixdə YAP Ağcabədi rayon təşkilatı tədbir keçirmişdir.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbiri açıq elan etmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Xocalı soyqırımı zamanı ermənilərin törətdiyi vəhşilikləri əks etdirən videoçarx nümayiş etdirilmişdir. Filmin nümaişindən sonra YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov mövzu ilə əlaqədar geniş məruzə etmişdir. Məruzədə qeyd edilmişdir ki, tarix boyu azərbaycanlılara qarşı ən qatı cinayətlər həyata keçirməkdən çəkinməyən ermənilər XX əsrin sonlarında bütün bəşəriyyətə və insanlığa ləkə olan növbəti cinayəti - Xocalı qətliamını həyata keçirdilər. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmiş, şəhər dörd tərəfdən mühasirəyə alınmış, sonra isə artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəşlər açılmış, az bir vaxtda şəhər tamamilə alova bürünmüşdür.
Həmin gecə cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı sakinlərindən 613 nəfər öldürülmüş, 487 nəfər yaralanmış, 1275 nəfər dinc sakin-qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlandı. 1994-cü ilin fevralında isə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Məruzə ətrafında Ağcabədi şəhər 9 saylı tam orta məktəbin müəllimi, Partiya fəalı Gülmirə Abışova, Ağcabədi şəhər 7 saylı tam orta məktəbin direktoru, ƏPT sədri Polad Musayev , Ağcabədi şəhər 3 saylı tam orta məktəbin müəllimi Aynur Hüseynova çıxış edərək ermənilərin Xocalıda həyata keçirdiyi soyqırım barədə öz fikirlərini söylədilər.
Tədbirdə Qarabağ müharibəsi şəhidi Qaraş Əliyevin qardaşı Elşad Əliyev çıxış edərək, Azərbaycan Ordusunun 2020-2023-cü illərdə apardığı əməliyyatlar zamanı bir çox Xocalı cəlladının məhv edildiyini, ədalətin öz yerini tapdığını, ən əsası, Xocalı şəhərinin azad edilərək 31 illik işğaldan sonra yenidən Azərbaycana qovuşduğunu, bununlada Xocalı şəhidlərinin qisası alındığını diqqətə çatdırdı.
Natiq onu da vurğuladı ki, Xocalı cəlladlarının öz laiqli cavablarını almasında, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusunun və Azərbaycan Xalqının həmrəyliyi və ədalətin təntənəsi, qələbənin mühüm tərkib hissəsi olmuşdur.
Tədbirin yekun leytmotivi ondan ibarət oldu ki, bu gün Xocalı soyqırımının 33-cü ildönümündə bütün Azərbaycan ərazilərində, o cümlədən hər bir azərbaycanlının mənəvi zərbə və sağalmaz yarası olan Xocalı şəhərində üçrəngli bayrağımız dalğalanır.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

