Azərbaycan müstəqil siyasət yürüdür
18.03.2025 [15:49]
Bəhruz Ramazanov,
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Prezident İlham Əliyev martın 13-də Bakı Qlobal Forumu çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibədə Azərbaycanın beynəlxalq arenadakı mövqeyini və strateji baxışlarını bir daha nümayiş etdirdi. Dövlət başçısının müsahibədə vurğuladığı kimi, Forumda səslənən fikirlər müxtəlifdir və bu fərqli baxış bucaqları yeni ideyaların formalaşmasına şərait yaradır. Forum beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında mühüm rol oynayır və qlobal problemlərin həlli üçün yeni perspektivlər açır. Dövlətimizin başçısı ölkəmizin müstəqil siyasət yürütdüyünü, regionda sülh və sabitlik üçün mühüm addımlar atdığını vurğuladı.
Bu müsahibə Azərbaycanın uğurlarını dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, ölkənin davamlı inkişaf yolunda olduğunu da göstərdi. Güclü iqtisadiyyat, dayanıqlı enerji strategiyası və sülhə yönəlmiş diplomatiya siyasəti sayəsində Azərbaycan regionun lider dövlətlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir.
Şübhəsiz ki, gələcəkdə Azərbaycan daha da möhkəmlənəcək, beynəlxalq əməkdaşlıqlar genişlənəcək və xalqın rifahı yüksələcək. Ölkəmizin qlobal səviyyədə güclənən nüfuzu, əldə edilən nailiyyətlər və irəli sürülən innovativ təşəbbüslər bizi daha parlaq bir gələcəyə aparacaq.
Dünya nizamı artıq əvvəlki formasında mövcud deyil və yeni qaydaların müəyyənləşdirilməsi prosesi gedir. Beynəlxalq ictimaiyyət hələ də yeni qarşılıqlı əlaqə konfiqurasiyasını tam müəyyən edə bilmir. Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirib ki, ölkələr artıq beynəlxalq hüquqa və xarici yardımlara arxalanmadan, öz daxili imkanlarına güvənməlidir. Azərbaycan beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olsa da, məhz daxili resurslarına əsaslanaraq öz inkişaf yolunu müəyyənləşdirib və bu, gələcək üçün də önəmli model olacaq.
Bir sözlə, hazırda dünyada baş verən siyasi proseslər dünyanın siyasi xəritəsinin yenidən şəkilləndirilməsini deməyə imkan verir. Bu dəyişikliklərdə Qafqaz və xüsusilə Azərbaycan özünün gücü, coğrafi mövqeyi və təbii resursları ilə aparıcə mövqeyə malikdir.
Cənab İlham Əliyev regionda mövqeyimizə də toxunaraq dedi ki, Azərbaycanın qonşularla münasibətləri dostluğa və qarşılıqlı marağa əsaslanır. Bizim Avropa təsisatları ilə münasibətlərimizin də öz müsbət dinamikası var. Bunu nəzərə alan və real olaraq dövlətimizin mövqeyini təsdiqləyənlər Azərbaycanla sərfəli əməkdaşlığı davam etdirə biləcəklər.
Xəbər lenti
Hamısına baxİdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45

