Türk dünyası birliyinin növbəti təntənəsi
23.05.2025 [17:28]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Milli köklərimizlə, ortaq dəyərlərimizlə sıx bağlı olduğumuz türk xalqlarının, dövlətlərinin həmrəyliyi hər zaman Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olub. Türk Dövlətləri Təşkilatının beynəlxalq güc kimi müəyyənləşdirilməsində ölkəmizin Prezidenti cənab İlham Əliyevin birbaşa təşəbbüslərinin vacib rolu olub. Ötən il həyata keçirilən türkdilli ölkələrin güclərini birləşdirməsi öz aktuallığını qoruyub saxladığı bir dövrdə "türk dünyası ailəsi"nin həmrəyliyinin gücləndirilməsinə xidmət edən Qarabağın incisi Şuşada qeyri-rəsmi Zirvə görüşü XXI əsr Türk dünyasının inkişafı əsri olmasının əyani nümayişi oldu. Azərbaycan xalqının, Ulu Öndər Heydər Əliyevin Qarabağ, Şuşa arzularının çin olduğu müqəddəs torpaqda Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi, Qarabağ Bəyannaməsinin imzalanması Türk dünyasının günü-gündən daha sıx birləşməsinin təsdiqi idi.
Dünyanın qütbləşdiyi, geosiyasi proseslərin, müharibələrin aparıldığı bir zamanda Azərbaycanın təşəbbüsü ilə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü bu dəfə Macarıstanın paytaxtı Budapeştdə keçirildi. Türk dünyası birliyinin növbəti təntənəsi olan görüşdə çıxış edən Dövlət başçısı cənab İlham Əliyev Azərbaycan-Macarıstan münasibətlərindən məmnunluğunu ifadə edərək onu da qeyd edib ki, bu, Macarıstana 6-cı səfərimdir. Cənab Orban isə Azərbaycana 7 dəfə səfər etmişdir. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır.
“Şərq və Qərbin Görüş Nöqtəsi” şüarı ilə işinə başlayan Zirvə görüşünün əsas hədəfi Şərq və Qərb arasında körpü rolunu oynamaq olub. Öz növbəsində təşkilatın ən fəal üzvü olan Azərbaycanın malik olduğu resurslardan səmərəli istifadə etmək məqsədilə reallığa çevirdiyi layihələrlə dövlətlər, xalqlar arasında körpü rolunu oynadığı reallıqdır. Təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyması, bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması da Azərbaycanın Türk dünyasına, birliyinə növbəti töhfəsidir.
Azərbaycanın türk dünyasının birilyinə xidmət edən hər bir addıma böyük dəstəyi, irəli sürdüyü təşəbbüslər özündə Türk Dövlətləri Təşkilatının gələcəyinə bir ərməğandır. Tədbirdə o da bidirildi ki, bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Dövlət başçısı İlham Əliyev Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə tədbir iştirakçılarını Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət etdi.
Ölkə Prezidentimiz cənab İlham Əliyev Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündəki çıxışında Azərbaycanın türk dövlətlərinin birliyinə daha bir töhfəsindən, Orta Dəhliz layihəsindən geniş bəhs edərək bildirib ki, Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir.
Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.
Göründüyü kimi, Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Türk birliyinin daha da güclənməsinə böyük təkan olan, ölkə başçımız cənab İlham Əliyevin təşəbbüsü ilə hər il keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü türkdilli xalqların ürəyini dağa döndərir, onlar arasında yaxın dostluq və qardaşlıq əlaqələrini gücləndirir.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

