Azərbaycan son 10 ildə böyük uğurlara imza atıb
21.09.2013 [10:04]
Bərdə rayonunun Şirvanlı və Kürdboraki kəndlərində keçirilən görüşlərdə bu fikir bir daha vurğulanıb
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Bərdə rayonu üzrə Seçki Qərargahının üzvləri dünən növbəti görüşlərini rayonun Şirvanlı və Kürdboraki kəndlərində keçiriblər.
Hər iki görüşü giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 10 il ərzində həyata keçirilən islahatlar barədə məlumat verib: “Prezident İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçilərkən bildirmişdi ki, “Mən hər bir azərbaycanlının prezidenti olacağam”. Həqiqətən də, dövlət başçısı ötən 10 il ərzində gördüyü işlərlə özünü əsl lider, rəhbər kimi sübut etmiş oldu”.
Rayon təşkilatının sədri deyib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində Azərbaycanın bütün bölgələri keyfiyyətcə yeni inkişaf erasını yaşamaqdadır: “Bu proqramlar nəticəsində yeni müəssisələr işə salınır. Bunun nəticəsi olaraq yeni iş yerləri açılır və regionlardan şəhərə axının qarşısı alınır. Artıq yerli əhali açılan yeni müəssisələrdə işləməyə başlayıb. Eyni zamanda, sahibkarlığın dəstəklənməsi, fermerlərə güzəştli kreditlərin ayrılması, kəndlilərə fəaliyyət göstərmək üçün əlverişli şəraitin yaradılması insanların maddi rifah halını yüksəldir. İkinci faza kimi regionlarda yeni məktəblərin, diaqnostika mərkəzlərinin, olimpiya komplekslərinin tikilməsi, parkların salınması həmin insanların istirahətinin, rahatlığının təmin edilməsi deməkdir”.
Seçicilər qarşısında çıxış edən Rayon Ağsaqqalar Şurasının sədri Arif Əliyev deyib ki, cənab İlham Əliyevin təbliğata ehtiyacı yoxdur: “Çünki ölkəmizdə əldə edilən inkişaf, tərəqqi göz qabağındadır. Ölkəmizdə quruculuq, abadlıq işləri yüksək səviyyədədir. Bu gün Azərbaycanın elə bir bölgəsi, kəndi yoxdur ki, orada inkişaf olmasın. Yeni məktəblər, səhiyyə ocaqları, idman kompleksləri, yollar, körpülər tikilir. Bütün bunlar ölkənin iqtisadi imkanlarının geniş olmasını təsdiqləyir”.
Rayon Qadınlar Şurasının sədri Rahilə Babayeva öncə onu deyib ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Əldə edilən uğurlardan Bərdə rayonuna da pay düşdüyünü deyən Rahilə Babayeva “Bu gün Bərdə rayonunda bütün tələblərə cavab verən təhsil, səhiyyə, mədəni məişət obyektləri tikilərək istifadəyə verilir. Bu səbəbdən də, biz Bərdə rayon seçiciləri olaraq cənab İlham Əliyevi dəstəkləyirik və oktyabrın 9-da Ona səs verəcəyik” sözlərini əlavə edib.
Çıxış edən Əməkdar müəllim Rzaqulu Şərifov öncə onu deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev dünyada müsbət imici ilə tanınan nüfuzlu dövlət xadimlərindəndir. Bu uğurun təməlində dayanan səbəb isə ilk növbədə, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin səmərəliliyinin Azərbaycanın daxili və beynəlxalq nailiyyətlərində əksini tapmasıdır. Bu nailiyyətlərin hər bir Azərbaycan vətəndaşında qürur hiss doğurduğunu deyən Rzaqulu Şərifov “Azərbaycan xalqı, o cümlədən, bərdəlilər bu seçkilərdə də ölkəmizi daima uğurlara aparan liderə-İlham Əliyevə səs verəcəklər” sözlərini də əlavə edib.
Görüşlərdə çıxış edən kənd sakinləri İlahə Kərimova, Camal Həsənov və başqaları oktyabrın 9-da seçki məntəqələrinə gedərək, ölkəmiz üçün vacib olan bu siyasi proesesdə fəal iştirak edəcəklərini və Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini deyiblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30

