Goranboy ictimaiyyəti cənab İlham Əliyevin siyasətinə alternativ görmür
25.09.2013 [10:18]
YAP Goranboy rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində Muzdurlar, Yolpaq, Əzizbəyov və Səmədabad kəndlərində seçicilərlə növbəti görüşlərini keçirib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Muzdurlar, Yolpaq, Əzizbəyov və Səmədabad kəndlərində seçicilərlə növbəti görüşlər keçirib.
Tədbiri giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin nəticəsi kimi, hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli inkişaf tendensiyası keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. “Azərbaycanda müşahidə olunan sabitlik və dayanıqlılığın əsas səbəbi ölkədə uzun müddət həyata keçirilən, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi makroiqtisadi siyasətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli iqtisadi siyasət bütün sahələrin sürətli inkişafını təmin edib. Azərbaycan inkişaf sürətinə və əldə edilən uğurlara görə bir çox ölkələrə nümunədir” - deyə, təşkilat sədri qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan xalqı cənab İlham Əliyevin siyasətinə alternativ görmür: “Tərəddüdsüz qeyd edə bilərik ki, Azərbaycan ictimaiyyətinin alternativsiz seçimi cənab Prezident İlham Əliyevdir. Qarşıdan gələn prezident seçkilərinin nəticələri də bunu göstərəcək və YAP-ın namizədi möhtəşəm qələbə qazanacaq”.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Gülçöhrə Məmmədova isə bildirib ki, hazırda Azərbaycan dünyanın sürətli inkişaf tempinə malik ölkəsidir: “Buna isə yerli resurslardan səmərəli istifadə və sosial ədalət prinsiplərinə əməl etməklə, sözün həqiqi mənasında, düşünülmüş mükəmməl iqtisadi strategiyanın həyata keçirilməsi yolu ilə nail olunub. Hazırda makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Bütün bu uğurlar Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində əldə edilmişdir”.
9 oktyabr tarixində keçiriləcək seçkilərdə seçiciləri aktiv iştirak etməyə çağıran millət vəkili Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin qələbə qazanacağına əminliyini ifadə edib.
Milli Məclisin deputatı Mahir Aslanov isə öz növbəsində Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin əsaslarına, ölkəmizdə bərqərar olunmuş möhkəm ictimai-siyasi sabitliyə toxunub. Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilir. “Ölkəmizdə hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun milli maraqlara, tam cavab verməsidir” - deyə, M.Aslanov əlavə edib.
Millət vəkili vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur. Sosialyönümlü iqtisadiyyat inkişaf etdirilir, hər bir sahə və sektorda dinamik inkişaf göstəriciləri qeydə alınır. Bütün bu əsaslar xalqımızın qarşıdan gələn prezident seçkilərində də cənab İlham Əliyevə səs verməsini şərtləndirir. Bu, Azərbaycanın parlaq gələcəyinə səs vermək deməkdir”.
Daha sonra çıxış edənlər - Aqil Kərimov, Muxtar Hüseynov, Eyvaz Yusibov, Mətanət Orucova, Yaşar Əhmədov, Ziya Şükürov, Gündüz Bağırov, Malik Orucov, Fəxrəddin Məmmədov və digərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs ediblər və Yeni Azərbaycan Partiyasının namizədinin növbəti dəfə əzəmətli qələbə qazanacağına inandıqlarını bildiriblər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59

