Mingəçevir sakinləri artıq öz seçimlərini ediblər
01.10.2013 [09:54]
YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində dünən seçicilərlə növbəti görüşlər keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin Mingəçevir şəhəri üzrə seçki qərargahının üzvləri seçicilərlə görüşlərini uğurla davam etdirirlər. Bu tədbirlər çərçivəsində dünən seçicilərlə növbəti görüşlər keçirilib.
Görüşləri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov deyib ki, bu gün ölkədə hərtərəfli inkişaf müşahidə olunur. Onun sözlərinə görə, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycanın hər bir guşəsi abadlaşır, gözəlləşir. Məhz, ölkədə gedən abadlıq-quruculuq prosesinin tərkib hissəsi kimi Mingəçevirdə də böyük işlər görülür: “Şəhərimizdə yollar salınır, geniş quruculuq işləri həyata keçirilir. Bununla yanaşı, Mingəçevirdə yeni iş yerləri açılır, məktəblər, səhiyyə ocaqları tikilir, yeni müəssisələr işə salınır. Bütün bunlar insanların maddi rifahının yüksəlməsinə, rahatlığını təmin edilməsinə hesablanıb”.
Cavanşir Yusubov sonda bütün seçiciləri 9 oktyabrda seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Sakinlər qarşısında çıxış edən cənab İlham Əliyevin Mingəçevir şəhəri üzrə seçki qərargahının üzvü Əli Ağamirov Ulu öndər Heydər Əliyevin siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin əldə etdiyi uğurlardan danışaraq bildirib ki, bu siyasətin hədəfi qüdrətli, inkişaf etmiş Azərbaycan dövlətində xalqın firavan yaşamasıdır. Məhz, bunu görən və qiymətləndirən, qədirbilən Azərbaycan xalqı cənab İlham Əliyevi dəstəkləyir.
Onun sözlərinə görə, 9 oktyabr tarixi xalqımızın həyatında əlamətdar bir gün olacaq: “Çünki həmin gün xalqımız səs verərək növbəti beşillikdə kimin rəhbərliyi ilə irəli gedəcəyini müəyyənləşdirəcək. Amma düşünürəm ki, Mingəçevir sakinləri öz seçimlərini hələ 1993-cü ildə ediblər. Bu mövqeyi 2003-cü və 2008-ci illərdə də Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevə səs verməklə bir daha ortaya qoyublar. Əminəm ki, mingəçevirlilər 9 oktyabrda da seçimlərini düzgün edəcəklər”.
Digər çıxışçılar da seçiciləri seçki günü məntəqələrə gedərək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş iştirakçıları da öz növbəsində seçimlərinin yalnız cənab İlham Əliyev olduğunu qeyd ediblər.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxHadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24

