Əvəzsiz töhfələr
02.10.2025 [18:33]
Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu hadisə yalnız siyasi dəyişiklik deyil, həm də dövlət müstəqilliyinin əbədiliyinə gedən yolun başlanğıcı idi. Heydər Əliyevin qətiyyəti və liderlik bacarıqları sayəsində Azərbaycan bir çox ciddi təhlükələrdən qorunaraq müstəqilliyini gücləndirdi və ölkənin gələcək inkişafı üçün möhkəm təməl quruldu. Məhz onun dediyi kimi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.”
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə idi. O zaman ölkə siyasi, sosial və iqtisadi böhran içində idi. Vəziyyət o qədər mürəkkəb idi ki, Azərbaycanın dövlət müstəqilliyi belə təhlükə altına düşmüşdü. Ölkədə hakimiyyətsizlik, separatçılıq və vətəndaş müharibəsi təhlükəsi artmışdı. Belə bir şəraitdə xalq Heydər Əliyevi xilaskarı kimi qəbul etdi və böyük səs çoxluğu ilə onu Prezident seçdi. Bu seçkilər ölkənin qurtuluşunun başlanğıcı oldu və bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli məhz həmin gündə qoyuldu.
Heydər Əliyev prezidentlik andını içərək dövlətə və xalqa sədaqət andı içdi və bu andı reallığa çevirdi. O, Azərbaycanı yalnız böhranlardan çıxarmadı, həm də ölkəni sabitlik və inkişaf yoluna yönəltdi. Xüsusilə, onun həyata keçirdiyi qlobal enerji və kommunikasiya layihələri Azərbaycanın beynəlxalq aləmdə mövqeyini gücləndirdi və ölkənin iqtisadi potensialını artırdı. Bu, Heydər Əliyevin Vətənə sədaqətlə xidmət etməsinin birbaşa nəticəsi idi.
Heydər Əliyev Prezident seçildikdən sonra Azərbaycanda uzun müddət davam edən xaos və qeyri-sabitlik dövrünü aradan qaldırmağa başladı. 1991-1993-cü illər ölkənin tarixinə ən ağır illər kimi düşüb. Həmin dövrdə siyasi idarəçilikdə qeyri-peşəkarlıq və ölkənin ciddi problemləri ilə baş edə bilməyən rəhbərliyin zəifliyi nəticəsində Azərbaycanın müstəqilliyi ciddi təhlükə altında idi. Bu dövrdə Azərbaycanın siyasi-iqtisadi suverenliyinin təmin olunması üçün ciddi addımlar atılmamış, əksinə, dövlətin zəifləməsinə gətirib çıxaran siyasətlər tətbiq olunmuşdu.
Lakin 1993-cü ildə Heydər Əliyevin prezident seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi sürətləndi. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk dövrlərdə gördüyü ən vacib işlərdən biri ictimai-siyasi sabitliyi bərpa etmək oldu. O, qeyri-qanuni silahlı qruplaşmaları zərərsizləşdirdi və ölkədə hüquqi nizam-intizamı bərpa etdi. Azərbaycan bu çətin dövrdə həm daxili, həm də xarici təhdidlərdən qorunaraq sabitlik və inkişaf yoluna çıxdı.
Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi asan olmayıb. Əksinə, bu, çox çətin və ağrılı bir proses olmuşdur. 1990-cı illərin əvvəllərində ölkə həm daxili siyasi böhran, həm də xarici təhdidlərlə üz-üzə qalmışdı. 20 Yanvar faciəsi, Xocalı soyqırımı və ərazilərin işğalı Azərbaycanın müstəqillik tarixində ən ağrılı hadisələr kimi yadda qalmışdır. Həmin dövrdə xalqın iradəsi ilə hakimiyyətə gəlməyən və dövlətin təhlükəsizliyini qoruya bilməyən hökumətlərin səhv siyasəti nəticəsində Azərbaycan çox böyük itkilər verdi.
Məhz həmin illərdə Heydər Əliyevin liderliyinin və uzaqgörənliyinin əhəmiyyəti daha aydın hiss olunmağa başladı. O, Azərbaycana rəhbərlik etməsəydi ölkə daha böyük fəlakətlərlə üzləşə bilərdi. Xalqın iradəsi ilə hakimiyyətə dəvət olunan Heydər Əliyev Azərbaycanı bəlalardan xilas etməyi bacardı və ölkənin gələcəyini təmin etdi. O, həyatını xalqın xidmətinə həsr edərək müstəqilliyin qorunması və əbədiliyi üçün misilsiz işlər gördü.
Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin qorunması və ölkədə sabitliyin təmin olunması idi. 1993-cü ildən sonra Azərbaycan siyasi və iqtisadi sabitliyi bərpa etmək üçün qətiyyətli addımlar atdı. O, ölkədəki qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirərək dövlət çevrilişi cəhdlərinin qarşısını aldı və vətəndaş müharibəsi təhlükəsindən qurtulmağı təmin etdi.
Eyni zamanda, Heydər Əliyev ordu quruculuğuna xüsusi önəm verdi. Müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün o, ordunun gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirdi. Onun rəhbərliyi ilə Azərbaycan Ordusu ölkənin təhlükəsizliyini təmin edən güclü bir hərbi qüvvəyə çevrildi. Bu, yalnız hərbi deyil, həm də strateji baxımdan Azərbaycanın beynəlxalq arenada daha güclü mövqeyə sahib olmasına kömək etdi.
Heydər Əliyevin xilaskarlıq missiyası onun milli liderə çevrilməsində mühüm rol oynadı. 1991-1993-cü illərin çətinlikləri zamanı xalq öz xilaskarını axtarırdı və bu xilaskarı Heydər Əliyev simasında gördü. Xalqın ona olan inamı və məhəbbəti Azərbaycan dövlətçiliyinin bərpası və gücləndirilməsi üçün əsas amil oldu.
Heydər Əliyev Azərbaycan tarixində taleyüklü məsələlərin həllində müstəsna rol oynayan bir şəxsiyyət kimi əbədi olaraq yaddaşlarda yaşayacaqdır. Xalqın iradəsi ilə hakimiyyətə qayıdan və ölkənin gələcəyi üçün öz həyatını təhlükə altına atan böyük şəxsiyyət, Azərbaycan xalqının yaddaşında həmişə xilaskar və qurucu lider kimi qalacaqdır.
Ən əsası, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan Prezidenti seçilməsi ölkənin müstəqilliyini möhkəmləndirən və gələcəyini təmin edən mühüm tarixi hadisə oldu. Onun qətiyyəti və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlətçiliyi bərpa edildi, ölkədə sabitlik təmin olundu və müstəqilliyin əbədiliyi təmin edildi. O, öz xalqına və dövlətinə sədaqətlə xidmət edərək, Azərbaycanın bugünkü qüdrətli dövlət kimi möhkəmlənməsinə əvəzsiz töhfələr verdi.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

