/ / Gəncəlilər Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəklər
Gəncəlilər Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəklər
04.10.2013 [10:07]
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində dünən şəhərin Kəpəz rayonu Natəvan qəsəbəsində seçicilərlə növbəti görüş keçirilib. Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açaraq, diqqətə çatdırıb ki, 9 oktyabr 2013-cü il prezident seçkilərinə artıq sayılı günlər qalıb. Keçirilən təbliğat - təşviqat görüşləri bir daha təsdiqlədi ki, xalq - dövlət, dövlət - xalq vəhdəti ölkəmizin nüfuzunu istər regionda, istərsə də beynəlxalq aləmdə yüksəldən cənab İlham Əliyevin növbəti qələbəsini şərtləndirən mühüm amildir: “Bu gün böyük qürur hissi keçiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncəyə xüsusi diqqət və qayğısı sayəsində Gəncə dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmiş, bütövlükdə regionun müasir sənaye və turizm şəhəri olmuşdur. Hər gün biz Gəncədə yeniliklərlə, dəyişikliklərlə qarşılaşmağa adət etmişik. Gəncənin sosial - iqtisadi inkişafının sürətləndirilməsinə dair vəsaitin ayrılması haqqında son iki ildə möhtərəm Prezidentimizin müvafiq sərəncamları Gəncəyə hərtərəfli köməyin və dəstəyin ifadəsidir. Bütün bunları yüksək dəyərləndirən gəncəlilər 9 oktyabr prezident seçkilərində, təbii ki, öz doğru seçimlərini etməlidirlər. Bu seçim Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, xalqımızın vətənpərvər oğlu cənab İlham Heydər oğlu Əliyevdir!”.
Təşviqat qrupunun üzvləri - ADAU-nun rektoru professor İbrahim Cəfərov, Az.TU-nun dosenti Tahir Abbasov, GDU-nin müəllimi Emma Aslanova çıxışlarında vurğulayıblar ki, Ümummilli lider Heydər Əliyevin siyasətinin cənab İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində bölgələrimizin sosial-iqtisadi inkişafı hər birimizdə fərəh hissi doğurur: “Doğma Gəncəmiz də belə bölgələrdən biri olaraq, genişmiqyaslı abadlıq - quruculuq işlərinin önündədir. Xalqımız hər zaman həyati gerçəkliklərə, reallığa yüksək dəyər verir. Reallıq isə güclü, nüfuzlu Azərbaycanın gözlərimiz önündə inkişaf edən ümumi mənzərəsidir. Həyat şəraitimizin gündən - günə yaxşılaşmasıdır, fikirlərimizi, düşüncələrimizi sərbəst şəkildə, demokratik bir şəraitdə ifadə edə bilməyimizdir. Odur ki, seçicilər cənab İlham Əliyev siyasətini hər zaman bəyənib, dəstəkləyib, bundan sonra da dəstəkləyəcəklər. Oktyabrın 9-da bu reallıq bir daha öz təsdiqini tapacaqdır”.
Qəsəbə sakinləri adından Sədaqət Bağırova, Qoca Qocayev çıxışlarında şəhərimizdə görülən geniş abadlıq - quruculuq işlərindən, insanların sağlamlığı və asudə vaxtının səmərəli təşkili üçün yaradılan şəraitdən razı qaldıqlarını bildirərək, onlara göstərilən qayğıya görə cənab İlham Əliyevə dərin minnətdarlıq duyğularını ifadə ediblər və cənab İlham Əliyevi növbəti 5 ildə də prezident kürsüsündə görmək arzusunda olduqlarını söyləyiblər.
Xəbər lenti
Hamısına baxSosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30

