Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan Prezident İlham Əliyevin siyasəti nəticəsində uğurla inkişaf edir

Azərbaycan Prezident İlham Əliyevin siyasəti nəticəsində uğurla inkişaf edir

04.10.2013 [10:08]

Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib. Tədbirdə əsasən idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, Azərbaycan cəmiyyətinin birmənalı seçimi Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevdir. “Seçiçiləri qarşıdan gələn prezident seçkilərində aktiv iştirak etməyə və partiyamızın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıram” - deyə, T.Tağıyev qeyd edib.
Olimpiya çempionu Fərid Mansurov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun uğurlarından danışıb. Olimpiya çempionu deyib ki, Prezident İlham Əliyev xalqımız qarşısında verdiyi vədlərin hamısına əməl edib. F.Mansurov cənab İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın dünyada nüfuzlu idman ölkəsi kimi tanındığını bildirib. Onun sözlərinə görə, həm idmançılarımızın qazandığı qələbələr, həm də böyük beynəlxalq idman yarışlarının ölkəmizdə keçirilməsi bunu təsdiq edir. F.Mansurov deyib ki, bütün idmançıların seçimi cənab İlham Əliyevdir. O, bütün seçiciləri də 9 oktyabrda cənab İlham Əliyevə səs verməyə çağırıb.
Çıxış edən Əməkdar məşqçi Tofiq Eyvazov ölkəmizin son 10 il ərzində böyük uğurlara imza atdığını bildirib. O, Ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərini xatırladaraq dahi liderimizin bu fikrinin artıq reallığa çevrildiyini qeyd edib. “Bu gün Azərbaycan təkcə idman sahəsində yox, bütün sahələrdə sürətlə inkişaf edir. Bu inkişafı isə həyata keçirən cənab İlham Əliyevdir. Ona görə də, biz idmançıların seçimi cənab İlham Əliyevdir” - deyə, T.Eyvazov vurğulayıb. Natiq qeyd edib ki, Azərbaycanın ilk Avropa Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ qazanması da cənab İlham Əliyevin nailiyyətidir: “İlk olaraq Avropa Olimpiya məşəli Azərbaycandan gedəcək. Bu, tarixi hadisədir”.
Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəkirov da çıxışında idmançıların seçiminin cənab İlham Əliyev olduğunu bildirib. Onun sözlərinə görə, idmançılarımız hər zaman ölkə Prezidentini dəstəkləyirlər.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı bildirib ki, Prezident İlham Əliyevin son 10 ildə ölkənin uğurlu inkişafına yönəlmiş fəaliyyəti növbəti 5 il ərzində də Onun dövlət başçısı olmasına ciddi əsaslar verir: “Geridə qoyduğumuz 10 ili ötəri nəzərdən keçirmək belə kifayət edir ki, ölkəmizin, xalqımızın və dövlətimizin gələcəyini önümüzdəki 5 il ərzində də partiyamızın Sədri İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasətinə etibar edək”.
Milli Məclisin deputatı Rauf Əliyev isə çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə Azərbaycanın qazandığı uğurlardan ətraflı şəkildə bəhs edib. R.Əliyev bildirib ki, bu illər ərzində ölkəmizin hər yerində abadlıq-quruculuq işləri gedib, bölgələrimizin siması dəyişib. Onun fikrincə, dövlət başçısının gördüyü işlər Ona xalqın inamını daha da gücləndirir. “Azərbaycan bütün sahələr üzrə inkişaf edir. Bu inkişaf da Prezidentimizin siyasətinin nəticəsidir. Azərbaycan həmçinin, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Eyni zamanda, sabitlik və inkişaf baxımından da Azərbaycan dünyaya nümunədir. Bütün bu uğurların davamlı olması üçün biz seçkilərə getməli, cənab İlham Əliyevə səs verməliyik” - deyə, R.Əliyev vurğulayıb. İdmançıların da bu uğurların şahidi olduğunu deyən millət vəkilinin fikrincə, onlar da 9 oktyabrda cənab İlham Əliyevə səs verməklə, firavan gələcəyə səs vermiş olacaqlar.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev müasir Azərbaycanın Ümummilli lider Heydər Əliyevin qurduğu möhkəm təməllər üzərində inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir. Millət vəkili bildirib ki, seçki hüququ hər bir vətəndaşın əsas konstitutusion hüquqlarından biridir. Çünki dövlət hakimiyyətinin formalaşdırılması seçki yolu ilə baş tutur ki, burada da seçicilərin mövqeyi müstəsna rol oynayır. “Ona görə də, siz idmançılar yaxınlarınızla birlikdə oktyabrın 9-da seçki məntəqələrinə gedərək istədiyiniz namizədə səs verməlisiniz. Sizin seçiminizin cənab İlham Əliyev olacağına heç bir şübhə etmirik. Çünki müasir Azərbaycan məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənir. Əslində, cənab İlham Əliyevin təbliğata ehtiyacı yoxdur, amma bizlər öz vətəndaşlıq borcumuzu yerinə yetirib seçki günü Ona səs verməliyik” - deyə, A.Əliyev vurğulayıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1047 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30