Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir
24.10.2025 [18:46]
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. Oktyabrın 20-də Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki qardaş ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələsinə keçidin mühüm siyasi hadisəsi kimi tarixə düşüb. Azərbaycan və Qazaxıstan arasında münasibətlər bu gün dostluq və strateji əməkdaşlıq səviyyəsindədir. İki türk dövləti qardaşlıq və güclü tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində maraqlıdır və bu, bütün sahələrdə özünü göstərir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrimiz xüsusilə intensivdir. İki ölkə arasında əməkdaşlıq bütün istiqamətləri əhatə etsə də, iqtisadi sahədə əlaqələr xüsusilə dinamik şəkildə inkişaf edir. Qazaxıstanın ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü məsələsində göstərdiyi prinsipial dəstək isə əlaqələrin sarsılmaz təməlini möhkəmləndirir. Bu amillər həm də dövlətlərin regional və beynəlxalq siyasətdə bir-birinə strateji tərəfdaş kimi yanaşdığını təsdiqləyir. Mətbuata bəyanatında Prezident İlham Əliyev qeyd etdi ki, xalqımız, ölkəmiz üçün ən ağır dövrlərdə biz həmişə qardaş dəstəyini hiss etmişik, hər zaman bunu görmüşük. Dövlətimizin başçısı vurğulayıb ki, işğal dövründə Qazaxıstan bütün beynəlxalq platformalarda, Azərbaycanın bütün beynəlxalq təşəbbüsləri çərçivəsində həmişə bizi dəstəkləyib, bizimlə həmrəyliyə səs verib və Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nizamlanmasına kömək edib. Prezident İlham Əliyevin Qazaxıstana səfəri çərçivəsində Astanada imzalanan sənədlər, aparılan müzakirələr və irəli sürülən təşəbbüslər regional və qlobal səviyyədə sülh, sabitlik və qarşılıqlı rifahın təmin edilməsinə yönəlib. Bu səfər bir daha göstərir ki, Azərbaycan və Qazaxıstan münasibətləri dərin tarixi köklərə, güclü siyasi iradəyə və ortaq strateji məqsədlərə əsaslanır. Bu prinsiplər sayəsində iki ölkə Avrasiya məkanında sabitliyin, enerji təhlükəsizliyinin və dayanıqlı iqtisadi tərəfdaşlığın etibarlı dayağına çevrilib.
Xəbər lenti
Hamısına baxHadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26

