Şuşanın yeni tarixi Zəfər Günündən başladı
07.11.2025 [12:59]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycanın Qalib Lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi:”Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".
Bəli, otuz ilə yaxın xalqımız işğal altında saxladığı torpaqlarının həsrətini çəkdi, Zəfər Gününü gözlədi. Hər zaman dövlətimizin və xalqımızın iradəsini, məqsədini qətiyyətlə ifadə edən ölkə Prezidenti cənab İlham Əliyev ən yüksək kürsülərdən dönə-dönə bəyan etdi ki, biz heç zaman torpaqlarımızın işğalı ilə barışmayacağıq. Lazım gələrsə, döyüş yolu ilə ərazilərimizi erməni işğalçılarından geri alacağıq. Həmin zaman gəldi. 2020-ci ilin sentyabrın 27-dən başlayan tarixi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu reallığa çevrildi. 2020-ci il noyabrın 8-də Qarabağın tacı, Azərbaycanın mədəniyyət mərkəzi Şuşa düşmən işğalından azad edildi.
Azərbaycanın igid oğulları otuz ilə yaxın düşmən işğalı altında qalmış kəndlərimizi, rayonlarımızı, şəhərlərimizi azad etdilər və addım-addım böyük Zəfərə yaxınlaşdılar. 44 gün davam edən İkinci Qarabağ müharibəsinin hər günü Azərbaycan tarixinə şanlı qələbələrlə yazıldı.
Azərbaycan xalqının, dövlətinin dahi xilaskarı Ulu Öndər Heydər Əliyevin vaxtilə cani-könüldən dilədiyi Qarabağ, Şuşa arzularının çin olduğu müqəddəs gündən Şuşanın yeni tarixi başladı. Ölkəmizin tarixinə qızıl hərflərlə yazıln 44 günlük Vətən müharibəsi bitdikdən dərhal sonra haqq savaşına qalxan Azərbaycan xalqının Müzəffər Komandanının mükəmməl hərbi taktikası sayəsində üçrəngli bayrağımızın qürurla dalğalandırıldığı Şuşa gülüstana, cənnətə çevrilir. Möhtəşəm quruculuq işlərinin həyata keçirildiyi Qarabağın incisi Şuşa şəhərində öz yurd-yuvalarına qayıdan soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması üçün böyük layihələr həyata keçirilir.
Ulu Öndər Heydər Əliyev yolunun davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdəki doğma kənd və şəhərlərinə qayıdan insanlar üçün ən yaxşı həyat şəraiti yaradılacaq. Çünki bu insanlar uzun illər məcburi köçkün həyatı yaşayaraq çətinliklərə dözmüş, yurd həsrəti çəkmişlər. Artıq Ali Baş Komandanın qeyd etdiyi o gün reallığa çevrilib. Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı ölkə Prezidentimizin rəhbərliyi ilə Azərbaycan xalqı cəmi 44 günə işğaldan azad edilən torpaqlarımıza, yurd yerlərimizi çənnətə çevirir. Yurdlarına dönən, isti od-ocaqlarına qovuşan soydaşlarımızın, o torpaqlarda doğulan körpələrin şən qəhqəhələri bir daha dünyaya “Qarabağ Azərbaycandır!” ismarıçı verir.
Qalib xalqımiz Azərbaycanı qələbələrdən qələbələrə aparan Prezident İlham Əliyevin sərəncamı ilə 8 Noyabr günündə Zəfər Günü ilə birlikdə Şuşa Şəhəri Gününü qürurla, fəxrlə bayram edir. Zəfərin mübarək, əziz Şuşa!
Xəbər lenti
Hamısına baxAnalitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38

