Azərbaycan-Özbəkistan münasibətləri bütün sahələrdə inkişaf edir
18.11.2025 [16:18]
13 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib.
Son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçılarının Azərbaycana səfərləri və Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə səfərlərinin intensivliyi tərəfdaşlığın hansı sürətlə dərinləşdiyini nümayiş etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, iki ölkə arasındakı əlaqələr qardaşlıq, etimad və şəxsiyyətlərarası dostluq üzərində qurulmuş nümunəvi müttəfiqlik modelidir. Prezident İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşan şəxsi dostluq münasibətləri iki ölkə arasında bütün sahələrdə uğurlu dinamika yaradıb. Qarabağın bərpasına Özbəkistanın verdiyi dəstək, xüsusən Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası Azərbaycan üçün təkcə humanitar yardım deyil, dostluğun və sadiqliyin tarixi nümunəsi kimi qiymətləndirilir: “Prezident İlham Əliyevin bunu xüsusi vurğulaması Özbəkistanın bu prosesdə oynadığı unikal rola verilən yüksək dəyəri ifadə edir. 2024-cü ildə ticarət dövriyyəsinin 252 milyon dollar, 2025-ci ilin ilk doqquz ayında isə 319 milyon dollara çatması münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. Ümumi kapitalı 500 milyon dollar olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması isə iki ölkənin təkcə bir-biri ilə deyil, üçüncü ölkələrdə də birgə iqtisadi fəaliyyətini mümkün edir. Xankəndidə birgə yaradılmış tikiş fabriki həm iqtisadi, həm də humanitar baxımdan xüsusi rəmzi əhəmiyyət daşıyan layihə kimi ön plana çıxır. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da böyük strateji dəyər kəsb edir. Orta Dəhliz üzrə daşımaların 2024-cü ildə 18 faizdən çox artması və 1,3 milyon tonu keçməsi Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün əvəzedilməz tranzit mərkəzinə çevrildiyini göstərir. Ələt Beynəlxalq Dəniz Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və 9 beynəlxalq hava limanı ölkəmizin qlobal nəqliyyat xəritəsində mövqeyini möhkəmləndirir. Gələcəkdə Zəngəzur dəhlizinin açılması isə region ölkələri üçün yeni mərhələ və əlavə imkanlar yaradacaq”. “Mədəni-humanitar sahədə əməkdaşlığın gücləndirilməsi xalqlar arasında yaxınlığı daha da artırır və bu istiqamətdə keçirilən Mədəniyyət Günləri, “Şuşa günləri”, elm və humanitar forumlar ortaq dəyərlərin paylaşılması baxımından xüsusi önəm daşıyır. İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokand, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri arasında qardaşlaşma və tərəfdaşlıq münasibətləri qurulub. Bu cür regionlararası əlaqələrin fəallaşması xalqların yaxınlaşmasına, təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın mədəni-humanitar gündəliyinin möhkəmləndirilməsinə kömək edir, bu da öz növbəsində, regional inteqrasiyanın sosial bazasını formalaşdırır. Daşkənddə Heydər Əliyev meydanı və Bakıda “Özbəkistan” parkının yaradılması xalqların qardaşlığının əbədi rəmzidir. İdman və media sahələrində də əməkdaşlıq yeni səviyyəyə yüksəlib. Azərbaycan və Özbəkistanın 2027-ci il U-20 Dünya Çempionatını birgə keçirməsi Türk dünyasının həmrəyliyinin idman sahəsindəki ən böyük qlobal nailiyyətlərindən biridir. Media və QHT forumlarının təşkili isə informasiya, ictimai dialoq və vətəndaş cəmiyyəti əlaqələrinin dərinləşməsinə xidmət edir. Prezident İlham Əliyevin UzA-ya müsahibəsi ümumilikdə göstərir ki, Azərbaycan və Özbəkistan münasibətləri təkcə ikitərəfli çərçivə ilə məhdudlaşmır, həm Türk Dövlətləri Təşkilatında, həm də qlobal platformalarda qarşılıqlı dəstəklə daha güclü regional blokun əsasını formalaşdırır. Bu münasibətlər Türk dünyasının gələcək onilliklərdə qlobal siyasətdə vahid aktor kimi çıxış etməsi istiqamətində strateji yol xəritəsi rolunu oynayır”.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

