Ümumxalq partiyası
20.11.2025 [15:54]
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Bildiyimiz kimi noyabr ayının 21-də müasir, müstəqil Azərbaycanın memarı, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu ölkəmizin siyasi həyatnıda önəmli rol oynayan, ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33 ili tamam olur. Yeni Azərbaycan Partiyası həqiqətən də son 33 illik tariximizin şanlı səhifələrindəndir.
Yeni Azərbaycan Partiyası tariximizin son dərəcə ağır və keşməkeşli günlərində ölkəmizin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında birləşən Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmış, və Azərbaycanın gələcək taleyini müəyyən etmişdir. Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən Azərbaycan xalqının rifahının yaxşılaşdırması, dövlətçiliyin qorunub saxlanılması, ölkə iqtisadiyyatının sürətli inkişaf yoluna cıxarılması üçün gərgin fəaliyyət göstərmişdir. Ötən əsrin 80-ci illərinin sonlarından etibarən Azərbaycanın üzləşdiyi böhran və fəlakət xalqın sabaha olan ümidlərini demək olar ki, qırmışdı. Qarabağ cəbhəsində cərəyan edən məğlubiyyətlər davam edirdi. Qarabağ əhalisi doğma yurdlarından qovulur, onlara vəhşicəsinə divan tutulur, ev eşikləri yandırılırdı.
Azərbaycanın çətin günlərində bütün xalqımızın gözü Naxçıvana dikilmişdi. Çünki yeganə ümid yeri Naxçıvan Ali Məclisinin sədri, qəlbi daima xalqının qəlbi ilə döyünən Heydər Əliyev idi . Hər bir Azəbaycan ziyalısı kimi Ağdamlılar da çox yaxşı bilirdilər ki, Heydər Əliyev kimi güclü və dəmir iradəli şəxsiyyət ölkənin bu çətin günlərində öz çiynini belə ağır, son dərəcə məsuliyyətli yükün altına verə bilər. Bu addımı yalnız Vətəni və xalqı naminə hər cür fədakarlığa hazır olan insan ata bilərdi . Odur ki, xalqın günü-gündən Heydər Əliyev şəxsiyyətinə olan inamı daha da artaraq ümumxalq məhəbbətinə çevrilmişdi. Belə bir vaxtda Ağdamlılar da Qarabağın nicat yolunu Heydər Əliyevdə görürdü. Odur ki, bir qrup Azərbaycan ziyalıları Naxçıvana gedərək Azərbaycanı bu bəladan qurtara biləcək yeni bir partiya yaratmaq arzusi ilə Heydər Əliyevə müraciət etdilər. Ulu Öndər yeni yaradılacaq partiyaya rəhbərlik etməyə razılq verdi. Beləliklə çox çətin vəziyyətdə 1992-ci ilin noyabr ayında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi, Ulu Öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası yaradıldı.
Yeni Azərbaycan Partiyası yaradıldıqdan sonra çox çətinliklərlə üzləşdi, problemlər yaşadı. Ancaq buna baxmayaraq, partiyamızın ideyaları, ulu öndərin müdrikliyi, onun cəmiyyətdəki nüfuzu və rolu partiya qarşısında heç bir maneənin mövculugunu nəzərdə tutmurdu. Yeni Azərbaycan Partiyasının ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəlmişdir. Yeni Azərbaycan Partiyası ən başlıcası isə onun yaradıcısı və rəhbəri olan Ulu Öndərimiz Heydər Əliyevə sədaqətli insanlar siyasi fəallıq göstərərək bu yoldan dönmədilər.
Həmin dövrdə Yeni Azərbaycan Partiyasının qarşısında bir tərəfdən iqtidar partiyası kimi cəmiyyətin siyasi sistemində özünün aparıcı mövqeyini təsdiq etmək, digər tərəfdən isə müstəqil dövlət quruculuğu proseslərində yaxından iştirak etmək vəzifəsi dayanırdı. Yeni Azərbaycan Partiyası bu missiyanı yüksək səviyyədə, şərəflə yerinə yetirə bildi.
Yeni Azərbaycan Partiyası Umummilli liderin ideyaları əsasında və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ugurlara imza ataraq şərəfli inkşaf yolu keçmişdir.
Ötən 33 ilə nəzər salsaq Heydər Əliyev ideyalarına söykənən partiyamızın gücləndiyini, nəinki ölkənin hətta Cənubi Qafqaqzın aparıcı siyasi təşkilatına çevrildiyinin şahidi olarıq.
Azərbaycanın 44 günlük müharibədə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsinə müvəffəq olması isə çoxəsirlik dövlətçilik tariximizin zirvə hadisəsi və şanlı qürur səhifəsidir.
44 günlük şanlı Vətən müharibəsinin məntiqi davamı olaraq 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 24 saata yaxın müddət ərzində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində qeyri-qanuni erməni hərbi birləşmələrinə ciddi zərbələr endirildi və düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da, ərazidə olan qanunsuz birləşmələrin tərkisilah edilməsi prosesinə başlanıldı və bu qısa müddətli antiterror əməliyyatları Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə əldə etdiyi növbəti tarixi zəfər səlnaməsinə çevrildi.
Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Yeni Azərbaycan Partiyasının gücləndirilməsi və inkişafı istiqamətində atılan addımlar da çox mühüm əhəmiyyət kəsb edir. Xüsusilə partiyamızın VII qurultayında dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunması siyasi sistemin və ictimai-siyasi münasibətlərin inkişafına, demokratik dəyərlər və ənənələrin gücləndirilməsinə, bütövlükdə isə, ölkəmizin tərəqqisinə yeni təkan və töhfə olacaq.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

