/ / Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ili münasibətilə YAP Gədəbəy rayon təşkilatında tədbir keçirildi
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ili münasibətilə YAP Gədəbəy rayon təşkilatında tədbir keçirildi
20.11.2025 [16:12]
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ili münasibətilə YAP Gədəbəy rayon təşkilatında tədbir keçirildi.
Tədbir iştirakçıları ilk öncə müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canından keçən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış oldular, bununla əlaqədar hazırlanmış vidyoçarx izlədilər.
YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev tədbir iştirakçılarına “YAP-dünənin,bugünün və gələcəyin partiyasıdır” mövzusunda məlumat verdi:
1992-ci il noyabrın 21-də keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransı Azərbaycan siyasi tarixində dönüş nöqtəsi kimi qəbul edilir. Həmin gün müstəqil dövlətimizin inkişaf yolunu müəyyən edən ideoloji xəttin əsası qoyuldu. Konfrans yalnız bir siyasi təşkilatın yaradılması deyildi, həm də ölkədə dövlətçilik düşüncəsinin yenidən dirçəlişinin başlanğıcı idi. Ölkədə baş alıb gedən siyasi xaos, ictimai idarəetmədə yaranmış boşluq, iqtisadi tənəzzül və sosial gərginlik xalqın xilaskara ehtiyacını daha da artırmışdı. Heydər Əliyevin siyasi səhnəyə qayıdışı məhz belə bir ağır zamanda millətin ümid yeri oldu. Təsis konfransında səslənən fikirlər, müəyyən edilən istiqamətlər Azərbaycanın gələcək taleyinə dərin təsir göstərdi. Bu konfrans dövlətçilik düşüncəsinin müasir mərhələyə keçidini şərtləndirdi. YAP-ın yaradılması xalqın öz gələcəyini sistemli şəkildə qurmaq əzminin təzahürü idi. Partiyanın formalaşdırdığı siyasi platforma milli maraqlara söykənən güclü inkişaf strategiyasının başlanğıc nöqtəsinə çevrildi. O dövrdə hakimiyyət uğrunda gedən nəzarətsiz mübarizə və dövlətçilik böhranı şəraitində bu addım ölkəni parçalanmaqdan xilas edən real alternativ oldu. Təsis konfransı təkcə siyasi hadisə kimi deyil, həm də milli birliyin bərpası prosesinin mühüm elementlərindən biri kimi tarixə düşdü. Heydər Əliyevin xalqın iradəsinə əsaslanaraq müəyyən etdiyi kurs Azərbaycanı dərin uçurumdan qurtardı və inkişaf yoluna çıxardı.
YAP-ın yaranması ətrafında toplaşan ziyalılar, ictimai xadimlər və vətənpərvər insanlar ölkənin gələcəyinə inamın bərpasında mühüm rol oynadılar. Konfransda səsləndirilən çağırışlar dövlətçiliyin qorunması, cəmiyyətin möhkəmlənməsi və ölkənin davamlı inkişafına yönəlmişdi. YAP-ın əsas ideoloji dayağı xalqla iqtidar birliyinin təmin olunması idi. Heydər Əliyev bu birliyin gələcək uğurların başlıca şərti olduğunu açıq şəkildə ifadə edirdi. Dövlətin həm daxili, həm də xarici siyasətdə möhkəmlənməsi üçün məqsədyönlü xəttin lazım olduğu həmin dövrdə daha aydın görünürdü. Konfransda qəbul edilmiş qərarlar ölkənin siyasi sabitliyinin təmin olunmasına yönəlmişdi. YAP öz proqramında hüquqi dövlət quruculuğu, iqtisadi islahatlar və milli təhlükəsizliyin gücləndirilməsi kimi strateji məqsədləri müəyyən etdi. Bu, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün vacib addım idi. Partiyanın yaranması ilə yeni siyasi ənənə formalaşmağa başladı. Zaman keçdikcə YAP ölkənin aparıcı siyasi gücünə çevrildi və dövlət idarəçiliyində professional yanaşmanın tətbiqinə geniş imkan yaradı.
Heydər Əliyevin tarixi kəlamı – “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” – məhz həmin konfransın mahiyyətini ifadə edirdi. Bu fikir partiyanın zamanın sınaqlarından çıxmış ideoloji dayanıqlığını göstərir. YAP-ın dünəni xalqın ağır günlərində onun yanında olmaqla formalaşdı. Partiyanın bu günü isə sabitliyin, inkişafın və güclü dövlətçiliyin təminatına çevrildi. Azərbaycanın beynəlxalq nüfuzunun artması YAP-ın müəyyən etdiyi kursun uğurunu bir daha sübut etdi. Ölkədə sosial rifah yüksəldi, modern dövlət modeli quruldu. İqtisadi layihələrin genişlənməsi, regionların inkişaf proqramları, ordu quruculuğunda əldə olunan böyük nailiyyətlər bu siyasətin nəticəsi oldu. YAP-ın ideoloji xətti Azərbaycançılıq məfkurəsinə əsaslanır. Bu məfkurə millətin birliyini, dövlətin suverenliyini və dövlətçilik maraqlarını qoruyan ən ali prinsipləri əhatə edir. Heydər Əliyevin yaratdığı siyasi məktəb ölkəmizin strateji inkişaf yolunun təminatçısı oldu.
Sonrakı illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bu ideoloji xətti yeni mərhələyə daşıdı. İlham Əliyev dövlət idarəçiliyində modern yanaşmalar tətbiq etdi və Azərbaycanı qlobal miqyasda nüfuz sahibi olan dövlətə çevirdi.
XXI əsrdə ölkənin sürətli inkişaf modeli YAP-ın siyasi təməlləri üzərində quruldu. Azərbaycanın enerji siyasəti, beynəlxalq layihələrdə iştirakı, Qarabağda tarixi Qələbəyə aparan güclü ordu quruculuğu bu siyasi kursun bəhrəsidir. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Şanlı Qələbə YAP-ın dövlətçilik xəttinin nə qədər möhkəm olduğunu bir daha göstərdi. Azərbaycanın ərazi bütövlüyünün bərpası tarixi ədalətin qələbəsi idi. Bu hadisə YAP-ın gələcəyə hesablanmış strateji xəttinin ən mühüm nəticəsidir.
Bu gün YAP ölkənin ən güclü siyasi təşkilatı olaraq cəmiyyətin bütün təbəqələrini əhatə edir. Partiya dövlət quruculuğunda, sosial islahatlarda və milli maraqların müdafiəsində aparıcı rol oynayır”.
Çıxış edən digər natiqlər - Gədəbəy RİH Başçısı vəzifəsini icra edən Natiq Nağıyev, YAP veteranları Cəlal Tomiyev, Mirbəşir Manafov və başqaları öz çıxışlarında Partiyanın keçdiyi keçməkeşli və şərəfli yolları tədbir iştirakçılarına çatdırdılar.
Sonda bir qrup YAP veteranlarına və ƏPT sədrlərinə Fəxri fərman , yeni Partiya üzvlərinə isə Partiya üzvlük vəsiqələri təqdim olundu, tədbir iştirakçıları ilə xatirə şəkli çəkildı.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

