/ / “Ənənələri qoruyan və yaşadan partiya – Yeni Azərbaycan Partiyası” adlı tədbir və ağaçəkmə aksiyası keçirilib
“Ənənələri qoruyan və yaşadan partiya – Yeni Azərbaycan Partiyası” adlı tədbir və ağaçəkmə aksiyası keçirilib
21.11.2025 [14:56]
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində, partiyanın təsis olunmasının 33-cü ildönümü münasibətilə 20 noyabr 2025-ci il tarixində “Ənənələri qoruyan və yaşadan partiya – Yeni Azərbaycan Partiyası” adlı tədbir və ağaçəkmə aksiyası keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Vüsal Qarayev, Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, YAP-ın veteran üzvləri, gənclər və partiya fəalları iştirak ediblər. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, 1992-ci il 21 noyabr tarixində Naxçıvan şəhərində keçirilmiş təsis konfransı ilə Yeni Azərbaycan Partiyasının rəsmi formalaşması müasir dövlət quruculuğumuzun yeni mərhələsinə start verdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı isə partiyanın tarixi missiyasının reallaşması demək olub. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının yaranması, inkişafı və bu günkü mövqeyi Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və ideoloji xətti ilə sıx bağlıdır. Azərbaycan ərazi bütövlüyünü təmin etməklə həm regionda, həm də beynəlxalq müstəvidə öz gücünü nümayiş etdirmişdir. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyilə qazanılan böyük Qələbə, YAP-ın dövlətçilik fəlsəfəsinə, milli həmrəyliyə və Lider–xalq birliyinə əsaslanan ideoloji dayaqlarının parlaq təzahürüdür. Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov çıxışında vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və uzaqgörənliyi əsasında formalaşan Yeni Azərbaycan Partiyası bu gün 740 mindən çox üzvü ilə ölkənin ən böyük və nüfuzlu siyasi təşkilatıdır. O qeyd edib ki, partiyanın əsas məqsədləri dövlət müstəqilliyinin qorunması,nərazi bütövlüyünün bərpası və demokratik, hüquqi dövlət quruculuğu son 33 ildə ardıcıllıqla həyata keçirilmişdir. Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Vüsal Qarayev, partiya veteranları İkram Salmanov, Şaban Qurbanov, Tofiq Əhmədov, eləcə də gənclərdən Kəlbəcər Təhsil Sektorunun əməkdaşı Aytac Məmişova, təhsil işçisı Ocaqverdi Bağırov, Kəlbəcər rayon 4 nömrəli Körpələr evi–uşaq bağçasının müdiri Aytən İmanova, bağçanın tərbiyəçi-müəlliməsi Nərmin Səfərova, Kəlbəcər SMSİ idarəsinin kadırı Səminə Şükürova, Kəlbəcər RMX PHŞ tibb bacıları şöbəsi baş tibb bacısı Leyla Əliyeva və digər çıxışçılar bildiriblər ki, YAP yaranan gündən xalqın partiyası olaraq dövlətə və xalqa xidmət prinsipini əsas tutub. Son 33 ildə partiyanın fəaliyyəti dövlətçiliyin möhkəmlənməsi, ölkəmizin inkişafı və xalqın rifahına xidmətlə səciyyələnib. Bu gün Azərbaycan dünya miqyasında hörmətli və güclü dövlət kimi tanınır. Çıxışlarda xüsusi olaraq vurğulanıb ki, Azərbaycanın əldə etdiyi bütün zəfərlərin, modernləşmə və inkişaf proseslərinin arxasında Yeni Azərbaycan Partiyasının siyasi xətti dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji yol Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da güclənərək ölkəmizin regional və qlobal nüfuzunun artmasına, xalqımızın Zəfər tarixinə qovuşmasına səbəb olub. Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim edilib, həmçinin yubiley yaşı tamam olan partiya veteranları və fəalları fəxri fərmanlarla təltif olunublar.Həmçinin YAP Kəlbəcər rayon təşkilatı tərəfindən Partiyasının təsis olunmasının 33-cü ildönümü münasibətilə Gəncə şəhərinin Gülüstan qəsəbəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasının ətrafında ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində eldar şamları əkilib, ərazidə mövcud ağacların dibləri yumşaldılıb və yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42

