Güclü liderliyin möhtəşəm təcəssümü
22.12.2025 [15:12]
Azərbaycanın müasir tarixində mühüm mərhələ hesab olunan 2020-ci il Zəfəri Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi düşünülmüş siyasətin, güclü liderliyinin və qətiyyətli diplomatik fəaliyyətinin məntiqi nəticəsi kimi dəyərləndirilir. Bu Qələbə təkcə hərbi müstəvidə deyil, həm də siyasi, diplomatik və ideoloji sferada Azərbaycanın gücünü və möhtəşəm dövlət iradəsini göstərdi.
Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti ölkəmizin bütün sahələrdə möhkəmlənməsinə zəmin yaratdı. Ordu quruculuğuna ayrılan xüsusi diqqət, müdafiə sənayesinin inkişafı, hərbi hazırlığın gücləndirilməsi, iqtisadi dayanıqlığın təmin olunması və müasir idarəçilik modeli Azərbaycanı hərbi-siyasi reallıqlarda üstün mövqeyə çıxardı. Bu əsaslar 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin ən mühüm dayaqlarından biri oldu.
Eyni zamanda, Prezident İlham Əliyevin Qələbə diplomatiyası Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında həlledici rol oynadı. Dövlət başçısı illər boyunca beynəlxalq tribunalarda, ikitərəfli görüşlərdə və dünya mediasına verdiyi müsahibələrdə Azərbaycanın mövqeyini aydın və prinsipial şəkildə ifadə etdi. Müharibə dövründə də onun apardığı diplomatik xətt informasiya mübarizəsində böyük üstünlüklər qazandırdı. Dünya ictimaiyyəti Azərbaycanın haqq işini daha aydın gördü və ədalətli mövqeyimizi qəbul etdi.
Bu Qələbənin əsas sütunlarından biri həm də xalq-iqtidar birliyi oldu. Prezident İlham Əliyev illər ərzində cəmiyyətdə birliyi və həmrəyliyi gücləndirmiş, milli iradəni vahid məqsəd ətrafında birləşdirmişdi. Vətən müharibəsi zamanı bu birlik ən yüksək səviyyədə özünü göstərdi, xalq Ali Baş Komandana sarsılmaz dəstək nümayiş etdirdi və Azərbaycan əsgəri bu güclü iradəni döyüş meydanlarında Zəfərə çevirdi.
Müharibədən sonra dövlət başçısının həyata keçirdiyi siyasət regionda yeni reallıq formalaşdırdı. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işləri, Böyük Qayıdış prosesinin başlanması, yeni iqtisadi və nəqliyyat xəritəsinin qurulması Azərbaycanı bölgənin aparıcı gücü kimi daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin sülh təşəbbüsləri, regional əməkdaşlıq modelləri və beynəlxalq platformalarda sərgilədiyi fəal diplomatik mövqe müharibədən sonrakı dövrdə də ölkəmizin nüfuzunu artırdı.
Bütün bu proseslər göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfər təkcə bir hərbi nəticə deyil, milli iradənin, dövlətçinin uzaqgörən siyasətinin və güclü liderliyin möhtəşəm təcəssümüdür. Bu Qələbə Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə yazılmış bir dönəm kimi düşmüşdür və Prezident İlham Əliyevin apardığı ardıcıl siyasət sayəsində bu gün ölkəmiz daha qüdrətli, daha nüfuzlu və daha dayanıqlı inkişaf yolundadır.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

