YAP Samux rayon təşkilatında hesabat yığıncağı keçirilib
29.12.2025 [17:57]
29 dekabr 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında 2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Yığıncağın rəsmi hissəsindən öncə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi və Samux Şəhidlər kompleksi ziyarət olunaraq önünə gül dəstələri düzülüb.
Yığıncaqda Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətənin qəhrəman övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibətilə təbrik edib. Sonra rayon təşkilatının 2025-ci il ərzindəki fəaliyyəti barədə hesabat dinlənilib. Qeyd edilib ki, hesabat dövründə YAP Samux Rayon Təşkilatı YAP-ın Nizamnaməsindən irəli gələn səlahiyyətlərin həyata keçirilməsini təmin etmiş, habelə rayonda YAP-ın fəaliyyətinin təşkilati, hüquqi və analitik-informasiya təminatını həyata keçirmişdir. Yerli təşkilat öz işini “Yeni Azərbaycan Partiyasının yerli təşkilatları haqqında əsasnamə”yə, eləcə də Mərkəzi Aparatın tapşırıqları və rayon təşkilatının aparatı tərəfindən təsdiq edilmiş illik iş və tədbirlər planı əsasında qurmuş, il ərzində qarşıda duran vəzifələri uğurla icra etmişdir. Rayon təşkilatının 2025-ci ildəki fəaliyyətinin əsas istiqamətlərindən olan Azərbaycanın ümummilli lideri, YAP-ın qurucusu Heydər Əliyev irsinin təbliği və təşviqi həyata keçirilmiş, cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin gördüyü işlər təbliğ edilərək cəmiyyətə çatdırılmışdır.
Yığıncaqda çıxış edən ərazi partiya təşkilat sədrləri görülən işlərdən danışaraq, rayon təşkilatının üzvlərinin rayondakı ictimai-siyasi proseslərdə öz fəallıqları ilə fərqləndiklərini qeyd ediblər və 2025-ci ildə YAP Samux rayon təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Daha sonra YAP Samux rayon təşkilatının 2026-cı ildə görüləcək işlərə dair tədbirlər planı və iş planı müzakirə edilərək təsdiq edilib.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman, partiyaya yeni üzv olanlara isə üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

