YAP Sumqayıt şəhər təşkilatı partiyanın yaranmasının 21 illiyi münasibətilə tədbir keçirib
14.11.2013 [09:35]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı partiyanın yaranmasının 21 illiyi münasibətilə tədbir keçirib. Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Fərman Kazımov öncə toplantı iştirakçılarını partiyanın yaranmasının 21 illiyi münasibətilə təbrik edib.
Ötən 21 il ərzində YAP-ın şərəfli yol keçdiyini deyən F.Kazımov 1991-1993-cü illər ərzində hakimiyyətdə olan səriştəsiz qüvvələrin yanlış siyasətinin ölkədə xaos, hərc-mərcliyə yol açdığını bildirib. Natiq deyib ki, həmin vaxt aparılan səriştəsiz siyasət nəticəsində Azərbaycan dövlət müstəqilliyinin itirilmə təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Məhz belə bir ağır zamanda Azərbaycan xalqı dövlətin xilası üçün Naxçıvana Ulu öndər Heydər Əliyevə üz tutub. O da qeyd edilib ki, 1992-ci il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən YAP müasir Azərbaycanın inkişafının əsas dəstəkçisinə çevrilib.
Daha sonra YAP Sumqayıt şəhər təşkilatının şura üzvü Vəzirxan Ənsərov mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanda siyasi böhran hökm sürürdü. YAP-ın yaranması, Ulu öndər Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi insanların gələcəyə olan ümidinin möhkəmlənməsinə yol açdı. V.Ənsərov YAP-ın hazırda Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi təşkilatı olduğunu söyləyib. Natiq bildirib ki, YAP qələbələr partiyasıdır və gənc nəsil YAP-ın Sədri, Prezident İlham Əliyevin apardığı siyasi kursu birmənalı şəkildə dəstəkləyir.
Tədbirdə həmçinin, YAP Sumqayıt şəhər təşkilatının şura üzvü Elmar Xəlilov, partiya şəhər təşkitlatının Qadınlar Şurasının sədri Nazilə Cəlilova, şura üzvləri Vaqif Ələkbərov, Ələkbər Tağıyev və digərləri çıxış ediblər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
Gündəm
22 Sentyabr 12:10
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15

