Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Ağstafa rayon təşkilatı partiyanın yaranmasının 21-ci ildönümünü qeyd edib

YAP Ağstafa rayon təşkilatı partiyanın yaranmasının 21-ci ildönümünü qeyd edib

21.11.2013 [09:33]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatında partiyanın yaranmasının 21-ci ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə təşkilatın şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, partiya veteranları, fəal gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov açaraq partiyanın yaranma tarixindən, Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla həyata keçirilən siyasətin əhəmiyyətindən danışıb. R.Tatarov qeyd edib ki, hazırda partiyamızın Sədri, Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Rayon təşkilatı sədrinin sözlərinə görə, 21 illik fəaliyyəti dövründə YAP böyük uğurlar qazanaraq cəmiyyətin alternativsiz siyasi qüvvəsinə çevrilib. “YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Buna görədir ki, partiyamızın, o cümlədən, YAP-ın Ağstafa rayon təşkilatının sıraları günbəgün genişlənir” - deyə, R.Tatarov vurğulayıb.
Tədbirdə daha sonra YAP Ağstafa rayon təşkilatı Qadınlar Şurasının sədri Şəhanə Osmanova, rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, veteran partiyaçılar Akif Abbasov, Mayıl İsmayılov, rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Məmmədov və başqaları çıxış edərək partiyamızın cəmiyyətimizin həyatındakı mövqeyindən ətraflı bəhs ediblər. Qeyd olunub ki, YAP öz fəaliyyəti ilə əsl ümumxalq partiyası olduğunu təsdiq edib.
Sonda YAP Ağstafa rayon təşkilatı adından bir qrup partiya fəalına qiymətli hədiyyələr verilib.
N.BAYRAMLI

Paylaş:
Baxılıb: 1224 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30