Tovuzda Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü qeyd olunub
21.11.2013 [09:34]
Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş partiyanın keçdiyi şərəfli yoldan, ötən 21 il ərzində qazanılmış uğurlardan, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, ölkəmizin ictimai-siyasi, iqtisadi tərəqqisində xidmətlərindən danışıb.
Sonra YAP rayon təşkilatının sədri Məzahir Bayramov məruzə ilə çıxış edib. Partiyanın yaranma tarixindən danışan məruzəçi bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycandakı xaos, hərc-mərclik, ərazilərimizin düşmən tərəfindən işğalı, mərkəzi dövlət hakimiyyətinin zəifləməsi, səriştəsiz, avantürist liderlərin yarıtmaz siyasəti nəticəsində ölkə tənəzzülə doğru gedirdi. Belə bir vaxtda insanların şüurunda və qəlbində Heydər Əliyevin müdrik, yaradıcı, qurucu, xilaskar obrazı canlanırdı. Azərbaycan xalqı məhz bu çətin dövrdə Heydər Əliyevə üz tutub, ölkənin nicatı naminə Onu siyasi həyatda daha fəal iştirak etməyə çağırıb.
Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaranmasına və ona rəhbərlik etməyə razılıq verməsi xalqda gələcəyə inam hissini yenidən gücləndirib. 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis qurultayı keçirilib və Ümummilli lider Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilib. Bununla da Azərbaycanın siyasi həyatına Yeni Azərbaycan Partiyası adı altında qüdrətli bir təşkilat daxil olub.
Son illərdə Azərbaycanda mövcud ictimai-siyasi vəziyyətin, qəbul edilmiş çoxsaylı dövlət proqramlarının yerinə yetirilməsinin, region ölkələrində və beynəlxalq aləmdə heyrət doğuran böyük iqtisadi sıçrayışın təhlili göstərir ki, Yeni Azərbaycan Partiyasının üzvləri, bütövlükdə Azərbaycan xalqı ölkəyə və partiyaya rəhbərliyi İlham Əliyevə etibar etməklə özlərinin Ulu öndər Heydər Əliyev siyasətinə sədaqətini və inamını nümayiş etdirib. Xalqımız bu siyasətin bəhrəsini gündən-günə daha çox hiss etməkdədir.
Toplantıda üzvlərinin sayı 7 min nəfərə çatan YAP Tovuz rayon təşkilatının fəaliyyətindən, gördüyü işlərdən də söhbət açılıb.
Məruzə ətrafında YAP üzvlərindən Validə Hüseynova, Sahib Ələsgərov, Aybəniz Dəmirova, Arifə Ağayeva və başqaları çıxış edərək partiyanın ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında oynadığı əhəmiyyətli roldan danışıblar.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59

