Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır

YAP Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır

22.11.2013 [09:31]

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21-ci ildönümü münasibətilə YAP Sabirabad rayon təşkilatında tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib və abidənin önünə gül dəstələri qoyublar.
Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev deyib ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında, ölkəmizin regionun liderinə çevrilməsində özünəməxsus rol oynayan YAP-ın təsis olunmasından 21 il ötür: “Bu, bir həqiqətdir ki, ötən 21 ildə şərəfli bir tarix yazan YAP keçən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək, Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır”.
Nadir Quliyev partiyanın yaranma tarixi, 21 ildə keçdiyi inkişaf yolu, uğurları, ictimai-siyasi həyatdakı müstəsna xidmətləri haqqında məlumat verib, YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə hər sahədə dinamik inkişafa nail olunduğunu bildirib.
O, qeyd edib ki, YAP Naxçıvan şəhərində təsis edildikdən sonra bu partiyanı ilk dəstəkləyənlərin sırasında Sabirabad rayon ziyalıları da olub: “Həmin dövrdə Sabirabad rayon ziyalıları təqiblərdən və təzyiqlərdən çəkinməyərək YAP-ın rayon təşkilatının yaradılması üçün fəaliyyətə keçiblər və 1993-cü ilin yanvarında təsis konfransı keçirilərək, YAP-ın rayon təşkilatı yaradılıb. Bu gün fəxrlə və inamla deyə bilərəm ki, YAP Sabirabad rayon təşkilatı sağlam düşüncəli, möhkəm əqidəli, cənab Prezidentin daxili və xarici siyasətini dərindən başa düşən, onu ürəkdən bəyənən və dəstəkləyən 7500 nəfərə yaxın partiya üzvünü öz ətrafında birləşdirib”.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Azərbaycanın dövlət müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qaldığı bir vaxtda xalqın öz xilaskarı Ulu öndər Heydər Əliyevə üz tutduğunu diqqətə çatdırıb. O, deyib ki, YAP-ın yaranması, Ulu öndər Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi insanların gələcəyə olan ümidini möhkəmləndirdi. Bu gün ölkənin ən böyük və mütəşəkkil siyasi təşkilatı olan YAP qələbələr partiyasıdır və gənc nəsil partiyanın sədri, Prezident İlham Əliyevin apardığı siyasi kursu birmənalı şəkildə dəstəkləyir.
Daha sonra çıxış edən YAP Sabirabad rayon Veteranı Salamulla Abdullayev, rayon təşkilatı idarə heyətinin üzvü Tamella Niftəliyeva və başqaları YAP-ın ötən 21 ildə gördüyü işlər və dövlətçiliyimiz qarşısındakı mühüm xidmətlərindən danışıblar.
Sonda partiya sıralarına qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri və rayonun içtimai siyasi həyatında göstərdikləri fəaliyyətə görə, bəzi fəallara fəxri fərmanlar təqdim olunub.

Paylaş:
Baxılıb: 1031 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30