Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Şəmkirdə Milli Qurtuluş Gününə həsr olunmuş mini-futbol turnirinin açılış mərasimi keçirilib

Şəmkirdə Milli Qurtuluş Gününə həsr olunmuş mini-futbol turnirinin açılış mərasimi keçirilib

05.06.2026 [15:53]

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı və Şəmkir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında mini-futbol turnirinin açılış mərasimi keçirilib.

İDEAL Arenada təşkil olunan açılış mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və digər rəsmi qonaqlar iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev turnir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycanda idmanın inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövrdə digər sahələrlə yanaşı, bədən tərbiyəsi və idmanın inkişafı da daim diqqət mərkəzində saxlanılıb, bu sahənin maddi-texniki bazası gücləndirilib, müasir idman kompleksləri və idman-sağlamlıq mərkəzləri yaradılıb.

Fəxrəddin Vəliyev çıxışında qeyd edib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olmaqla dövlətçiliyimizin xilası, sabitliyin və inkişafın təməl daşının qoyulduğu tarixi gündür. Bildirilib ki, məhz Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas edib, Azərbaycanın inkişaf və tərəqqi yoluna çıxmasını təmin edib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir, ölkəmiz bütün sahələrdə mühüm nailiyyətlər qazanır.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi gənclər və idman siyasəti bu gün də uğurla davam etdirilir və ölkəmizdə bu sahənin inkişafı üçün möhkəm zəmin yaradır. O vurğulayıb ki, bu siyasətin nəticəsi olaraq gənclərin sağlam, vətənpərvər ruhda formalaşması, onların idmana marağının artırılması və potensiallarının üzə çıxarılması istiqamətində mühüm uğurlar əldə olunub.

Açılış mərasimindən sonra turnirin ilk oyunları keçirilib və rəsmi qonaqlar qarşılaşmaları izləyiblər.

Qeyd edək ki, turnirdə rayonun idarə, müəssisə və təşkilatlarını təmsil edən 16 komanda iştirak edir. Turnirin sonunda qalib və mükafatçılar kubok, medal və diplomlarla təltif olunacaqlar.

Paylaş:
Baxılıb: 76 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30